!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlətin milyonları belə yerlə yeksan edildi- FOTOFAKT

!Reklam – Yazi
663d505bb96dece610e345b73c2c1fefBinəqədi Rayon İcra Hakimiyyətinin Bakı-Sumqayıt magistral yolunun kənarında saldığı təmtaraqlı təpələr sökülür. Söküntü işlərinə bu gün başlanılıb. Artıq 200 metrə yaxın ərazi sökülüb. 
Musavat.com-un müxbiri bu gün adıçəkilən ərazidə olub və milyonlarla manat vəsait hesabına başa gələn bu yaşıllığın sökülməsinin səbəbləri ilə maraqlanıb.
Qeyd edək ki, hazırda burada ağır texnikalar işləyir. Söküntü işlərinə “Avtovağzal” istiqamətində başlanılıb.
Ərazidə İcra Hakimiyyətinin nümayəndələri olmadığından söküntü işlərini aparan Faiq adlı şəxslə həmsöhbət olduq. Qazıntı işi aparan şəxs bildirdi ki, bu təpələrin yerində metronun “Avtovağzal” stansiyasının keçidi olacaq:”Təqribən 200 metrə yaxın ərazini sökəcəyik. Bu təpələrin yerində metro keçidi olacaq. Burada dayanacaqlar yaradılacaq. Sakinlər “Avtovağzal” metrostansiyasına keçidlər vasitəsi ilə keçəcəklər. Yalnız keçid üçün nəzərdə tutulan ərazini sökəcəyik”.
Təpələrin söküntüsü zamanı ehtiyatsızlığa yol verildiyindən yol kənarında yerləşən ağaclara da ziyan dəyib.
Metro keçidi üçün yolun digər tərəfində də iş aparılır. Orada da ağaclar məhv edilib, bir çoxu torpağın altında qalıb.
Söküntü işləri səbəbindən magistral yolun bir hissəsinin qapadılması nəqliyyatın hərəkətinə də mane olub. Yolda tıxac yarandığından avtomobillərin hərəkətinin intensivliyi azalıb.
Bundan əlavə, körpünün üzərindəki avtobus dayanacağının ləğv edildiyindən xəbərdar olmayan sərnişinlər orada gözləməli olublar. Binəqədi bələdiyyəsinin xəbərdarlıq lövhəsi vurulsa da, vətəndaşlar yolu bağlayan əngəlin üzərindən keçməklə dayanacağa gəlirlər.
Məğrur Salmanov,
Fotolar müəllifindir.














































www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv