!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlətin "ögey sektoru": "Elmə ayrılan dövlət vəsaiti hər zaman az olub" - İqtisadçı

!Reklam – Yazi

2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulan xərclərin hər 100 manatından 38 manatı tikinti işlərinə sərf ediləcək. Bu fonda ölkənin inkişafında mühüm rol oynayan elm sahəsinə həmişə olduğu kimi yenə də az vəsait ayrılacaq. Belə ki, büdcədəki hər 100 manatdan cəmi 60 qəpiyi elmi işlər üçün nəzərdə tutulub. Gələn ilin büdcəsində nəzərdə tutulan bu bölgünü dəyərləndirmək üçün ekspertlərə müraciət etdik.

Görəsən niyə hələ də elm sahəsinə cüzi vəsait ayrılır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, səmərəsiz şəkildə xərclənmənin nəticəsidir ki, hələ də dövlət büdcəsindən elmə cüzi miqdarda vəsait ayrılır:

“Ümumiyyətlə, dövlət büdcəsindən elmi xərclərə ayrılan vəsaitlər həmişə belə az olub. Elmi xərclər dedikdə, birbaşa olaraq elmi araşdırma, tədqiqat və onun inkişafına yönəlik xərclər nəzərdə tutulur.

Büdcədən elmi xərclərə ayrılan vəsaitlərin azlığı isə hər zaman narazılıq doğurub. Digər tərəfdən, faktiki olaraq, bu istiqamətdəki vəsaitlərin səmərəliliyi də sual doğurur. Çünki həmin vəsaitlərin effektivliyini görmürük. Hələ indiyədək elmin inkişafı naminə hansısa keyfiyyətli bir məhsulun ortaya qoyulmasının şahidi olmamışıq.

Düşünəndə ki, həmin vəsaitlər səmərəsiz xərclənir, elmə ayrılan vəsait həcminin artırılmasını istəmək də bir o qədər məqsədəuyğun hesab edilmir. Amma xarici ölkələrlə müqayisədə hələ də Azərbaycanda elmə və təhsilə xərclənən vəsaitlər kifayət qədər aşağı həddədir. İnfrastruktur xərcləri isə hər zaman prioritet xərclər sırasında yer alıb. Əvvəlki illərdə bunu daha çox sovet dövründənqalma infrastrukturun dağılması ilə əsaslandırırdılar. İndi isə iqtisadi islahatlar fonunda infrastruktur layihələrinin həyata keçirilməsi məsələsi daha çox gündəmdədir”.

ELÇİN

www.yenicag.az

1765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv