!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Döyülən-söyülən, polisə düşən, bəxti açılan məşhurlar, ölümün "oğurladığı" sənətkarlar - İL BELƏ BİTİR

!Reklam – Yazi

Geridə qoyduğumuz Xoruz ili mədəniyyət və şou-biznes aləmində də izsiz ötüşmədi. İl daha çox itkilər, qalmaqallarla yadda qaldı.

İlin əvvəlində əsrin bəlası olan xərçəng rejissor Şahin Zəkizadənin həyatına son qoydu. Xalq artisti Qəndab Quliyeva ürək çatışmazlığından dünyasını dəyişdi. Türk dünyasının sevilən sənətkarı dədə aşıq Ədalətin sazı əbədi susdu. Əməkdar artist, aktyor Telman Əliyevin qəfil ölüm xəbərini aldıq. Səsi ilə yaddaşlara əbədi həkk olunan məşhur diktor Rafiq Hüseynovun ölümü sevənlərini yandırıb-yaxdı.

Qalmaqallar da az olmadı. Xalq artisti Canəli Əkbərov həmkarlarına meydan oxudu. Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimovun ünvanına elə ağır ittihamlar səsləndirdi ki, hər kəs onu qınadı. Ağsaqqal sənətkarların rekordunu xalq artisti, tanınmış aktyor Ramiz Məlik yenilədi. Xanım həmkarı, xalq artisti Məleykə Əsədovanı ağ yuyub, qara sərdi. Nədi-nədi, Məleykə Əsədova qırmızı şortiklə fotosunu paylaşıb. Aktrisanın “yaraşır, geyinirəm, sənə nə” deməyi ağsaqqal aktyoru özündən necə çıxartdısa, ağzının odunu tökdü. Necə tökdüsə, elə öz yandırdığı odda da özü yandı. Qarşı tərəf onu məhkəməyə verdi, nə az, nə çox – 200 min manat təzminat istədi. Ramiz Məlik də cəld tərpəndi, bir az da artıq – 300 min manat məbləğdə təzminat almaq həvəsi ilə aktrisanı məhkəməyə verdi.
Aktrisa Tunay Əliyevanın həmkarı Pərvin Abiyevaya “1000 manatlıq” deyib təhqir etməsi tərəflərin yolunu məhkəmədən saldı.

Gecəyarısı Elşad Xosenin keçmış həyat yoldaşı Oksananı döyməsi də ona baha başa gəldi. Oksana onu polisə verdi.

Röya Ayxan-Nigar Camal davası bunların yanında “toya getməli” oldu. Röya dedi Nigarın “ora-burası” silikondur, Nigar da dedi, Röya kimdir axı, onun qabağında at oynadır?

İlin ən xoş xəbəri isə xalq artisti Aygün Bayramovanın bəxtinin 50 yaşında açılması, gəlinlik geyinib, əslən Cənubi Azərbaycandan olan varlı iş adamı Fərəməz Gərimrudiyə ərə getməsi oldu.

İlin başa çatmasına sayılı günlər qalır… Allah axırını xeyir etsin!

Cəvahir

www.yenicag.az

4021
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv