“Döyüş əməliyyatlarını dayandırırıq, amma bir şərtlə..” – VİDEO

“Döyüş əməliyyatlarını dayandırırıq, amma bir şərtlə..” – VİDEO

Müəllif: Redaktor

Baş Redaktor

presidffffent“Bu gün cəbhədə qəhrəmancasına döyüşmüş hərbçilərlə, yaralı əsgərlərimizlə görüşdüm, onları təbrik etdim, bir vətəndaş, Ali Baş Komandan, Prezident kimi onlara Azərbaycan xalqı, dövləti adından təşəkkür etdim. Biz onlarla fəxr edirik”.

Bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı yaralı hərbçilərimizin mərdliyinə diqqəti cəlb edib:

“Onlar yaralı vəziyyətdə uzanıblar, yenə də deyirlər ki, buradan çıxaq, döyüş bölgələrinə gedək. Bu, Azərbaycan xalqının ucalığıdır. Bu göstərir ki, nə qədər bizim xalqımız dəyərlidir, mətindir, vətənpərvərdir.

Onlar müstəqillik dövründə formalaşıblar, müstəqil Azərbaycan bayrağı altında böyüyüblər. Onlarda milli qürur, milli ləyaqət hissi çox yüksəkdir. Mən həmişə demişəm ki, gənclərimiz vətənpərvər, vətənə bağlı olmalıdırlar”, – deyə Ali Baş Komandan qeyd edib.

Xalqa müraciət edən Prezident bildirib ki, ölkəmizin ərazi bütövlüyü hər bir vətəndaşımızın müqəddəs borcudur:

“Ölkəmizin ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Əgər bu gün Ermənistan rəhbərliyi öz səhvlərini başa düşüb danışıqlar məsələsi arxasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün əsaslar var.

Biz bunu istəyirik. Azərbaycan bu gün də bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır, amma bir şərtlə – qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayandırsınlar, oturduqları yerlərdən tərpənməsinlər”.

 

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti