DSK sədri dindarları narkomanlarla eyniləşdirdi – Qanunsuzluğun VİDEO təsdiqi – Yeniləndi

DSK sədri dindarları narkomanlarla eyniləşdirdi – Qanunsuzluğun VİDEO təsdiqi – Yeniləndi

Müəllif: Baş Redaktor

Baş Redaktor

1AZ1Lənkəran şəhər 73 saylı dairənin namizədi Hüseyn Cavadzadə öz Facebook ünvanından DSK qanunsuzluqları ilə bağlı sensasiyalı video paylaşıb. Seçki qanunsuzluqlarından bəhs edən şərhlə paylaşılan videoda 73 saylı Lənkəran Şəhər Seçki Dairə Komissiyasının sədri Kərim Heydərov şok etiraflar edir. 

Yenicag.az həmin şərhi və videonu təqdim edir:

“Namizədliyimi irəli sürdüyüm 73 saylı Lənkəran Şəhər seçki dairəsində baş verən xoşagəlməz məqamları və ölkəmizdə demokratik seçki prosesinə kölgə salmaq istəyən bəzi məmurların fəaliyyətini ictimailəşdirməyi özümə borc bilirəm. Namizədlərin qeydiyyatı,seçkiqabağı təşviqatdan başlayaraq DSK sədri Kərim Heydərov dövlət müəssisəsini atasının vəya doğma xalası oğlu dövlətə xainlik etmiş sabiq nazir Fərhad Əliyevin obyektləri ilə səhv salıb. İndiki biznesmen deputatın sifarışı ilə bir çox namizədləri və namizəd olmaq istəyənləri hədələyib haqsızlıq edən DSK sədri aşağıdakı linkdə bu saxtakarlıqlarda necə peşəkar olduğunu qürurla söyləyir. Bundan başqa bu müddət ərzində icra başçısının, yerli bələdiyyələrin, hazırkı millət vəkilinin və təbiiki DSK sədrinin vəzifə salahiyyətlərindən sui istifadə etməklə Azərbaycan qanunvericiliyinin kobudcasına pozulması ilə bağlı video, foto və audio faktları sabah Hörmətli Prezidentimizin və ictimaiyyətin diqqətinə çatdıracağıq. Biz hər zaman Cənab prezidentin məmur özbaşınalağına qarşı apardığı mübarizəyə sadıqık və hər ADDIMımızda ona güvənirik!”

Yenicag.az əməkdaşı DSK sədri Kərim Heydərovla əlaqə saxlayıb. “Bizim Hüseyn Cavadzadə ilə yaxşı münasibətimiz var” deyən, K.Heydərov öncə videodakı səsin ona məxsus olduğunu təkzib edib. Daha sonra “Bu seçkidə hərə öz haqqını alıb” deyərək, növbəti skandala imza atan DSK sədri əməkdaşımızın “öz səsinizə qulaq asmaq istəyirsinizmi” təklifinə də “ehtiyac yoxdur” deyərək, telefonu söndürüb.

https://www.youtube.com/watch?v=vv5I2z1UZ2I

Kriminal, Banner, Flaş, Aktual

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti