DSX: 5 mütəşəkkil cinayətkar dəs­tə zərərsizləşdirilib

DSX: 5 mütəşəkkil cinayətkar dəs­tə zərərsizləşdirilib

Müəllif: Redaktor

Baş Redaktor

dsxBu il qaçaqmalçılıq, narkotik mad­dələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəs­tə zərərsizləşdirilib.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2016-cı ildə xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Hesabata əsasən bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqan­ları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, məx­fi əmək­daşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib.

Eləcə də xaricdə münaqişə zonalarında dö­yüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılmış, qanun­suz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik mad­dələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəs­tə zərərsizləşdirilib.

Hesabatda deyilir ki, sərhəd reji­mini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4590 nəfər, dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb, 49 milyon 319 min manat dəyərində qa­çaq­malın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 2015-ci il ilə müqayisədə bu göstərici 8,3 dəfə çox olub.

015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasi­tənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb (2015-ci ildə 165 kq 185 qram narkotik vasitə tutulduğu halda, 2016-cı ildə bu göstərici 1 ton 189 kq 997,7 qram olub).

Yeniçağ.Az

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti