DSX: Sərhədi pozan İran vətəndaşı saxlanılıb - Fotolar

Müəllif: Redaktor

Editor

Sərhədi pozan İran vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, fevralın 7-də saat 21:00 radələrində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Bala Bəhmənli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçərkən İran vətəndaşı Cəmşidi Ənvər Mikayıl oğlu sərhəd pozucusu qismində saxlanılıb.

Şəxsin üzərinə baxış zamanı 850 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Yeniçağ.az

Foto Qalereya:


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir