Yazı İçi 468×60

mtn.j130320309Naməlum şəxs Daxili İşlər Nazirliyinə zəng edərək metroya bomba qoyacağını deyib.

102 xidmətinə bir neçə gün öncə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Dövlət Təhlükəsizlik Xidmətinin Abşeron Rayon Şöbəsi, Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonu Saray qəsəbəsində yaşayan İmişli rayon sakini 1977-ci il təvəllüdlü Fəqani İsmayılov olması müəyyən edilib.

F.İsmayılov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

F.İsmayılova qarşı irəli sürülən ittiham sübuta yetirilərsə, onu 5 ildən 8 ilə kimi azadlıqdan məhrum etmə cəzası gözləyir(Qafqazinfo).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."