!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib

!Reklam – Yazi

unnamed-2Rusiyanın Krasnoyarks şəhərində Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib. Təqdimat Azərbaycan diasporunun nümayəndələri Ələkbər və Səadət Qarayevalar, o cümlədən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Krasnoyarsk üzrə nümayəndəliyinin rəhbəri Kamran Rüstəmzadə tərəfindən təşkil edilib.

Təqdimatda Azərbaycan diasporunun üzvləri, Ümumrusiya Azərbaycan Konqresinin Krasnoyarsk üzrə sədr müavinləri, “Odlar yurdu” rəqs ansamblının nümayəndələri, Sibir Federal Universitetinin tələbələri, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk üzrə şöbəsinin sədr müavini Ələkbər Qarayev açaraq müəlliflə tanışlığından danışıb. O, kitabdakı insanların Azərbaycanın təbliği ilə bağlı fəaliyyəti haqqında məlumat verib.

Daha sonra Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini, “Odlar yurdu” rəqs ansamblının bədii rəhbəri Səadət Qarayeva çıxış edərək aktiv gənclərin bu kimi kitaba namizəd olduğunu qeyd edib.
Təqdimatda kitabın müəllifi Fuad Hüseynzadə ilə videobağlantı qurulub. Fuad Hüseynzadə iştirakçıları salamlayaraq təqdimatın təşkilatçılarına öz minnətdarlığını bildirib. O qeyd edib dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə bu kitabı ərsəyə gətirib: “Kitabda kimsənin yer alması səbəbsiz deyil. Onların hər birinin özəlliyi var. Əsas hədəfim xaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsidir”.
Sonda Səadət Qarayeva diaspor işində fərqlənən gənclərə diplomlar təqdim edib.

DJB-nin Mətbuat xidməti

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv