Yazı İçi 468×60

Qətərin 2022-ci ildə baş tutacaq Dünya çempionatı üçün xərcləyəcəyi məbləğ açıqlanıb. Yeniçağ.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, DÇ-2022-nin hazırlıqlarına 200 milyard dollar xərclənəcək. Qətərin maliyyə naziri Əl-Şərif Əl Emadi bildirib ki, məqsədlərinə çatmaq üçün daha bir neçə il bu yöndə işlər görəcəklər:

“Biz əsas layihələrin həyata keçirilməsi üçün həftədə 500 milyon dollara yaxın vəsait sərf edirik. Təbii ki, növbəti 3-4 ildə də belə davam edəcək. Yalnız bu halda məqsədə çata, mundialın keçirilməsinə tam hazır olarıq. Turnirin keçirilməsi üçün hazırlıqlara ümumilikdə. 200 milyard dollar xərclənəcək”.

200 milyard dollar stadionlarla yanaşı avtomobil yolları, dəmiryol nəqliyyatı, dəniz portları, hava limanı və xəstəxanalara xərclənəcək.

Araşdırmalara əsasən, 2022-ci ilədək Qətərə hər il 3,7 milyon əcnəbi gələcək. Dünya çempionatına isə 400 min azarkeşin qatılacağı gözlənilir.

Qeyd edək ki, Qətər Dünya Çempionatını keçirtmək hüququnu 2010-cu il 10 dekabrda qazanıb. Dünya birinciliyi noyabrın 21-dən dekabrın 18-dək Qətərin Doha, Lusail, Əl-Bakr, Əl-Xor, Əl-Rayan, Um-Salal və Madinat-aş-Şamal şəhərlərində keçiriləcək.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."