Dünya çempionatından imtina – Azərbaycanda

Müəllif: Redaktor

Editor

Azərbaycan Pauerliftinq Federasiyası dopinqlə mübarizəyə start verib.

Yeniçağ.az-ın qurumdan aldığı məlumata görə, Federasiya bu il Azərbaycanda keçiriləcəyi nəzərdə tutulan Dünya çempionatından imtina edib. İmtinanın səbəbi isə yeni qaydalarla keçiriləcək dopinq testinin zəif olmasıdır.

Federasiyadan bildirilir ki, hazırda bütün dünya dopinqlə mübarizə aparır və biz də bu mübarizəyə qoşuluruq.
“Dopinq nəzarəti olmayan yerdə bizim iştirakımız baş tutmayacaq. Qurumumuz 2017-ci ildən artıq Pauerliftinq idman növünün İPF – versiyasından istifadə etməyi nəzərdə tutur.

Biz sağlam ruhda, sağlam düşüncəli idmançı yetişdiririk. Belə halların olması yolverilməzdir. Biz, pauerliftinq komandası olaraq buna ciddi şəkildə riayət edirik”.

Yeniçağ.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir