!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünya çempionatının daha bir iştirakçısı bəlli oldu

!Reklam – Yazi

Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, Yaponiya millisi DÇ-2018-ə vəsiqəni təmin edib. Seçmə mərhələnin Asiya zonasının B qrupunun 9-cu turunda Avstraliya yığmasını qəbul edən gündoğar ölkənin təmsilçisi 2:0 hesabıyla qalib gəlib. Oyunda yaponların qollarına 42-ci dəqiqədə Takuma Asano və 82-ci dəqiqədə Yosuke İdequçi imza atıblar.

Bu qələbəylə xallarının sayını 20-yə çatdıran Vahid Halilhociçin yetirmələri mundiala vəsiqəni vaxtından öncə təmin ediblər.

Xatırladaq ki, seçmə mərhələnin Asiya zonasında Yaponiya millisindən öncə İran yığması da dünya çempionatına vəsiqə qazanmışdı. Bu iki komandadan əlavə, Braziliya və mundiala ev sahibliyi edəcək Rusiya yığmasının da DÇ-2018-də iştirakı dəqiqləşib.

Yenicag.az

www.yenicag.az

914
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv