“Dünya Enerji Konqresində dünya bir daha türk birliyinin gücünü gördü” – Azər Verdiyev

Müəllif: Redaktor

Editor

1476165762_azervvvAzərbaycan Respublikasının Prezidentiİlham Əliyevİstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün 9-10 oktyabr 2016-cı il tarixlərdə Türkiyə Respublikasına işgüzar səfərə oldu.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı. Azərbaycan Prezidentini Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar. 7News.Azxəbər verir ki, “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak ediblər.

Konqresin ölkəmiz və region üçün əhəmiyyətindən danışan ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev Przident İlham Əliyevin çıxışını tarixi çıxış adlandırdı: “Prezident çıxışında demək olar ki, bütün məqamlara toxundu. Enerji siyasətimiz haqqında konqresdə ən mühüm elementlər sadalandı. Prezident çıxışında “Müstəqilliyimizin ilk illərində Azərbaycan sərmayə baxımından xaricdən asılı idi. Biz indi özümüz xarici ölkələrə, o cümlədən Türkiyəyə sərmayələr qoyuruq və qoyacağıq. Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 mlrd. dollar təşkil edir Bu gün enerji məsələlərini müzakirə edəndə Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki enerji resursları və şaxələndirilmiş ixrac şəbəkəsi bizdə var. Biz qarşılıqlı fayda əsasında işimizi qururuq” fikirlərini söyləməsi əslində dünyaya sağlam iqtisadiyyatın qurulması ilə bağlı yönəlik bir müraciət idi. Eyni zamanda Prezident türkiyədə 15 iyulda baş verən məlum hadisələrə öz münasibətini bildirdi. İlham Əliyev türk xalqının ərdoğanın yanında olduğunu sübut etdiyini dedi. Ən maraqlı məqam isə Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin, Venesuela Prezidenti Nikolas Madurodonun keçirdiyi görüşlər və bu görüşlər əsasında qarşılıqlı əməkdaşlığın müzkirəsi ilə bağlıdır. Hesab edirəm bu Enerji Konqresi region üçün olduqca əhəmiyyətli olacaq”


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır