!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya liderləri İlham Əliyevi təbrik edir – (Yenilənir)

!Reklam – Yazi

ilhamadgunuTürkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu. Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqının mənafeyinə yorulmadan göstərdiyiniz qayğı haqlı olaraq Sizə regionda və onun hüdudlarından kənarda hörmət və nüfuz qazandırıb. Dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi biz Türkmənistanda yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat enerjisi, şəxsi səadət, bütün dost Azərbaycan xalqının tərəqqisi və firavanlığı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.
**

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daim inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, iqtisadi, ticari, humanitar və digər sahələrdə əməkdaşlıq sabit olaraq inkişaf edir, ənənəvi dostluq günbəgün möhkəmlənir.

Dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında xalqlarımızın rifahı naminə səmimi əməkdaşlığın daha da dərinləşməsi üçün Sizinlə bərabər səy göstərmək istəyirəm.

Sizə möhkəm cansağlığı arzulayıram”.

***

Bolqarıstan Prezidenti Rosen Plevneliyev də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək istərdim. Sizə möhkəm cansağlığı və çox məsuliyyətli işinizdə uğurlar arzulayıram.

Ölkələrimiz arasında strateji əməkdaşlığın inkişaf edəcəyinə və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəyinə inandığımı bildirməkdən şərəf duyuram.

Hörmətli cənab Prezident, bir daha Sizə olan dərin ehtiramımı çatdırmaq istərdim”.

***

Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib:

“Sizə əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada sabitlik amilidir və hamı üçün daha xoş və ədalətli gələcəyə yol açır. Arzum budur ki, bundan sonra da uzun illər ərzində sabitlik və tərəqqi yolunda dost Azərbaycan xalqına rəhbərlik edəsiniz.

Monteneqro xalqı adından və şəxsən öz adımdan bizim yaxın və dost ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün göstərdiyiniz bütün səylərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də ölkə başçısını təbrik edib.

Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.

Sizin yürütdüyünüz müdrik və dərindən düşünülmüş daxili və xarici siyasət sayəsində qardaş Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi inkişafın bütün sahələrində sanballı uğurlar qazanılır, xalqın rifahının yüksəldilməsinə, ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş uğurlu dəyişikliklər və islahatlar dinamik şəkildə həyata keçirilir.

Özbək və Azərbaycan xalqlarını tarixin və zamanın sınağından çıxmış çoxəsrlik həqiqi dostluq və qarşılıqlı hörmət münasibətləri, ortaq və yaxın mədəniyyət, adət və ənənələr sıx bağlayır.

Ötəri olmayan bu dəyərlər Özbəkistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşma və etimad prinsiplərinə, ölkələrimizin və xalqlarımızın mənafeyi, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi naminə səmərəli qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əlverişli və möhkəm zəmin yaradır.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və hərtərəfli uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləmək istəyirəm”.

 

Yenicag.az

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv