Dünya ölkələrində terror qorxusu – Təhlükəsizlik gücləndirildi

Dünya ölkələrində terror qorxusu – Təhlükəsizlik gücləndirildi

Müəllif: Redaktor

Editor

4129625sdfgFransada ötən gecə baş verən terror aktları bir sıra dövlətlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

ABŞ milli təhlükəsizlik naziri Cey Conson ölkə daxilində hər hansı terror aktının törədilməsi şübhəsinin olmadığını bildirib. Buna görə də, ümumilikdə ölkədə təhlükəsizliklə bağlı gücləndirilmiş iş rejiminə keçilməyib. Lakin, Fransanın ölkədəki səfirliyi və səfirin Vaşinqtondakı iqamətgahında mühafizə gücləndirilib.

Almaniyanın paytaxtı Berlində də insanların sıx olduqları ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Avstriya Vyanada yerləşən “İmperial” otelində təhlükəsizliyi gücləndirib. Səbəb isə ABŞ və Rusiyanın xarici işlər nazirlərinin Suriyadakı münaqişənin nizamlanması üzrə danışıqlar aparması üçün sözügedən oteldə görüşməsidir.

Böyük Britaniyada polis gücləndirilmiş iş rejiminə keçməsə də, bəzi küçələrə əlavə polis qüvvələri cəlb edilib. Britaniya Fransada olan vətəndaşlarını evlərini tərk etməməyə çağırıb.

İtaliyada isə dərhal təhlükəsizlik tədbirləri gücləndirilib. İtaliya XİN-dən verilən məlumata görə, Fransanın Roma və Milandakı nümayəndəliyi xüsusi nəzarətə götürülüb. İtaliyanın daxili işlər naziri Anjelino Alfano şənbə günü ictimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə milli komitənin təcili iclasının çağırılmasını elan edib.

Latın Amerikası hökuməti hava limanlarında və Fransanın Buenos-Ayresdə yerləşən səfirliyində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə qərar qəbul edib.

Bundan əlavə Fransanın Çilidə yerləşən səfirliyində də mühafizə gücləndirilib. Təhlükəsizlik məsələləri üzrə katib Serxio Berni digər ölkələrin diplomatik nümayəndəliklərində də tədbirlərin gücləndirilməsi barədə göstəriş verib.

Flippin Fransadakı silsilə terror aktlarından sonra təhlükəsizlik tədbirlərini ən yüksək həddə çatdırıb.

Yaponiya baş naziri Sindzo Abe antiterror təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tapşırıq verib. Fransanın Tokiodakı səfirliyində mühafizə gücləndirilib.

Sinqapur hökuməti Fransadakı terror aktlarından sonra təhlükəsizliyi gücləndirib. Daxili işlər naziri K Şanmuqam bildirib ki, dövlət sərhədlərində yoxlamalar, habelə dövlət daxilində bilavasitə nəzarət sərtləşdiriləcək. Onun sözlərinə görə, Fransadakı son hadisələr gücləndirilmiş təhlükəsizlik tədbirlərinin də kifayət etmədiyini göstərib.

Avstraliya baş naziri Malkolm Ternbull ölkədə terror təhlükəsi səviyyəsinin yüksək həddə olduğu ölkədə güclü mühafizə var, buna görə də təhlükəsizliyin daha da artırılmaması barədə qərar qəbul edilib.

Finlandiya daxili işlər naziri Petteri Orlo təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə qərar qəbul ediliyini bildirib.

Gündəm, Dünya, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti