!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada ilk gəmi tuneli tikilir

!Reklam – Yazi

Norveç dünyada gəmilər üçün ilk tunel tikməyi planlaşdırır.

Trend-in məlumatına görə, 272 milyon dollara başa gələcək gəmi tunelinin uzunluğu 1,5 km, eni isə 37 metr olacaq.

Qeyd edək ki, tunelin tikiləcəyi Stad yarımadasında ilin təxminən 100 günü şiddətli küləklər əsir. Bu da gəmilərin qəzaya uğramasına və çoxlu insan tələfatına səbəb olur. Tikiləcək tunel isə xüsusilə böyük gəmilərin həmin ərazidən keçidini asanlaşdıracaq və daha təhlükəsiz edəcək.

2018-ci ildə başlayacaq layihə çərçivəsində 7 milyon ton qayanın təmizlənməsi lazım olacaq ki, bu da təxminən 4 ilə başa gələcək.

 

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv