Dünyada və Bakıda METRO – Neçə stansiya geridəyik? – Araşdırma

Müəllif: Baş Redaktor

Baş Redaktor

alstoms-new-metropolis-train-set-for-kochi-metroXX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Bununla da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini nəqliyyatından təmizləmək mümkün olurdu.

baku-metro-sxemLakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.

1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirir.

1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.

1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası – Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən “Xətai” stansiyası idi.

Üç xəttdən ibarət olan Bakı Metrosunun cəmi uzunluğu 36.76 km-dır. 25 işləyən, 3 tikilməkdə olan stansiya var. Bəs dünyada metronun vəziyyəti necədir?  Yenicag.az Odatv.com-a istinadən metronun dünyadakı vəziyyətini nəzərinizə çatdırır. Görünən odur ki, bəzi ölkələrdə metro bizdən sonra tikilsə də, onlara çatmağımız imkansızdır.

Dünya metroları ilə Bakı Metropoliteni arasında fərq

(Delhi)

delhi

Toplam metro uzunluğu: 153 km / 130 stansiya
İlk metro inşaatına başlanılan tarix: 2002

(Barselona)

barcelona

Toplam metro uzunluğu: 116 km / 156 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1924

(Çikaqo)

chicago

Toplam metro uzunluğu: 173 km / 144 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1892
(Berlin)

berlin

Toplam metro uzunluğu: 478 km / 340 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1902

(Hamburq)

hamburg

Toplam metro uzunluğu: 101 km / 89 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1912

(Honq Konq)

hong-kong
Toplam metro uzunluğu: 174 km / 82 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1979

(Kopenhagen)

kopenhag

Toplam metro uzunluğu: 176 km / 107 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1934

(London)

londra

Toplam metro uzunluğu: 442 km / 310 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1863

(Madrid)

madrid

Toplam metro uzunluğu: 284 km / 294 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1919
Nüfus: 6.087.000

(Meksika)

meksiko

Toplam metro uzunluğu: 176 km / 175 stansiya
İlk metro inşaatına başlanılan tarih: 1969

(Moskva)

moskova

Toplam metro uzunluğu: 301 km / 182 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1935

(Münhen)

munih

Toplam metro uzunluğu: 101 km / 98 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1971

(Osaka)

osaka

Toplam metro uzunluğu: 138 km / 101 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1933

(Paris)

paris

Toplam metro uzunluğu: 214 km / 368 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1900

(Pekin)

pekin

Toplam metro uzunluğu: 228 km / 147 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1969

(Sankt Peterburq)

saint-petersburg

Toplam metro uzunluğu: 110 km / 63 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1955

(San Fransisko)

san-francisco

Toplam metro uzunluğu: 167 km / 43 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1972

(Stokkholm)

stockholm

Toplam metro uzunluğu: 110 km / 100 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1950

(Santiyaqo)

santiago

Toplam metro uzunluğu: 119 km / 108 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1975

(Seul)

seul

Toplam metro uzunluğu: 317 km / 293 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1974

(Toronto)

toronto

Toplam metro uzunluğu: 683 km / 69 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1954

(Sinqapur)

singapur

Toplam metro uzunluğu: 119 km / 78 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1987

(Şanqay)

sangay-metro-haritasi

Toplam metro uzunluğu: 420 km / 234 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1995

(Tehran)

tahran

Toplam metro uzunluğu: 120 km / 80 stansiya
İlk metro inşaatına başlanılan tarix: 2000

(Tokio)

tokyo

Toplam metro uzunluğu: 272 km / 293 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1927
(Valensiya)

valensiya

Toplam metro uzunluğu: 182 km / 176 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1988

(Vaşinqton)

washington

Toplam metro uzunluğu: 171 km / 86 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1976
Nüfus: 4.825.000

(Nyu York)

new-york

Toplam metro uzunluğu: 392 km / 481 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1870

(İstanbul)

istanbul

Toplam metro uzunluğu: 90 km / 62 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1871
İlk metro inşaatına başlanılan tarih: 1871 (Tünel dünyanın en eski 2. metrosu, 1. Londra)
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır