!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada yeni bir iqtisadi böhran yarana bilərmi?

!Reklam – Yazi

bohranDollar getdikcə güclənir. Dövlət və azad bazar yenidən qarşı-qarşıya dayanıb. Bu hal 1929-cu il və ya 2008-ci ildəki kimi iqtisadi böhranın yaranması ilə nəticələnə bilərmi? Təəssüf ki, hazırkı vəziyyəti düzəltməyə qadir olan hegemon güc yoxdur. ABŞ bunun üçün həvəssizdir, Çin isə hələlik, bu vəzifənin öhdəsindən gələ biləcək səviyyədə deyil.

1929-1939-cu illərdə baş verən böyük iqtisadi böhranı təhlil edən iqtisadçı Çarlz Kindleberger qeyd edir ki, böhran zamanı problemlərin həllinə yönələn balanslaşdırıcı qüvvənin olması vacibdir. Bu məsuliyyət isə bir çox hallarda elə hegemon siyasi gücün öhdəliyinə düşür. İqtisadçının sözlərinə görə, həmin aktor istehsal və istehlakı davam etdirmək üçün sərbəst ticarətin hakim olduğu bazarlar yaratmalı, beynəlxalq maliyyə-kredit imkanlarına, makroiqtisadi gedişlərə nəzarət etməli və hamısından vacib dövlətlərin çətin vəziyyətdə borc istəyə biləcəyi qapı olmalıdır.

Aydındır ki, hegemon siyasi güc olmaq üçün hərbi münaqişələrin aparılması köhnəlmiş üsuldur. Hazırda isə hər hansı bir ölkə dünya liderinə çevrilmək üçün ilk növbədə güclü iqtisadiyyata malik olmalı və böhran dövründə doğru iqtisadi gedişlər etməlidir.

1980-ci illərdən sonra Soyuq müharibənin bitməsi ilə amerikan dollarının hegemon olduğu dünya iqtisadiyyatı formalaşdı. ABŞ-ın bu siyasi və iqtisadi hegemonluğunu təmin edən isə məhz qlobal iqtisadi sistem idi.

Qlobal iqtisadiyyatın sürətlə virtuallaşdırılması bir müddət sonra ölkələrdə etirazla qarşılandı, çünki gəlir ədalətsizliyi açıq-aşkar üzə çıxmağa başladı. Əslində mövcud olmayan pulun kreditlərə çevrilməsi böhranın yaradıcısı oldu. İnsanlar yalnız 2008-ci ildə vəziyyətin nə qədər ciddi olduğunu ağır təcrübələr vasitəsilə dərk etdi. Nobel mükafatına layiq görülmüş iqtisadçı S.Jozef, 2008-ci il böhranını “sərbəst bazarın fırıldağı” adlandırdı.

2016-cı ilin sonlarında dünyada yenidən böyük iqtisadi dəyişikliklərin olacağı hiss edilir. Qəribədir ki, bütün dünyaya bu ədalətsizliyi ixrac edən amerikan liberalizminin maskasını çıxaran yenə də sistemdən faydalanaraq, dünyanın ən varlıları siyahısında öz yerini almış amerikalı bir iş adamıdır. Demokratların son səyləri də nəticə verməzsə, ciddi iqtisadi dəyişikliklərin baş verəcəyini söyləmək olar. Belə ki, artıq Donald Tramp bu dəyişikliklərin siqnallarını verib. Həmçinin, o, Barak Obamanın Çinə qarşı nəzərdə tutduğu bəzi iqtisadi sövdələşmələrin də ləğvini planlaşdırır. Tramp və FED arasında proqnozlaşdırılan mübarizə, indidən dollar indeksini son 14 ilin rekord həddinə çatdırıb. FED pul siyasətinin sabitliyini qoruyub saxlamaq üçün dolların digər valyutalar qarşısında dəyərini artırmağa çalışır, beləliklə hələ uzun bir müddət dolların yüksəlişinə şahid olacağıq.

Yaranan iqtisadi vəziyyət şübhəsiz ki, ən çox inkişaf etməkdə olan ölkələr üçün problemlər yaradır. Qarşıda bizi xeyli mürəkkəb bir dövr bizi gözləyir. Təəssüf ki, dünyada iqtisadi böhranın yaranması ehtimalını reallaşdıra biləcək bir çox amil mövcuddur.

Yeniçağ.Az

www.yenicag.az

885
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv