www.sinerjipro.net

SinerjiProWide
Reklam

felaketMüxtəlif hadisələrlə zəngin olan 2016-cı ilin sonuna doğru yaxınlaşırıq.

Təəssüf ki, bu hadisələr yalnız müsbətyönlü olmayıb və bu il həm də çox sayda insan ölümü ilə nəticələnən təbii-texnogen fəlakətlər, qəzalar baş verib.

Təkcə dünyada baş verən təbii fəlakətlər – Yaponiyadakı zəlzələlərdən tutmuş Kanadadakı meşə yanğınlarına qədər – 2016-cı ilin birinci yarısında dünya iqtisadiyyatına 71 milyard dollar ziyan vurub.

“Report” bu il dünyanı sarsıdan daha böyük təbii fəlakətlərin icmalını təqdim edir.

Aprelin 1-də Hindistanın Kolkata şəhərində (əvvəllər Kəlküttə adlanıb – red.) tikintisi başa çatmamış avtomobil estakadasının uçması nəticəsində çox sayda insan dağıntılar altında qalıb. Hadisə nəticəsində 23 nəfər ölüb, 150-dən çox insan yaralanıb.

Aprelin 10-da Hindistanın Kerala ştatındakı Puttinqal məbədində böyük yanğın baş verib. Yanan fişənglərdən birinin tikilinin elə eyni tip məmulatların saxlandığı damına düşməsi nəticəsində partlayışlar, ardınca da yanğın olub. Faciə nəticəsində 111 nəfər həlak olub, 350-dən çox adam xəsarət alıb.

İyunun ortalarında Çinin cənubunda su basqınlarına səbəb olan leysan yağışları başlayıb. İyul ayında vəziyyət daha da ağırlaşıb. Təbii fəlakət ən çox Yantszı və Xuanxe çayları sahili boyunca yerləşən yaşayış məntəqələrinə təsir edib. Su basqınları nəticəsində 32 milyon nəfər xəsarət alıb, Çinin 26 əyalətinə ziyan dəyib, 186 nəfər həlak olub.

Güclü daşqınlar bu il Avropadan da yan keçməyib. Əsasən Almaniya və Fransada, həmçinin Avstriya, Belçika, Rumıniya, Moldova, Hollandiya və Böyük Britaniyada uzun müddət davam edən güclü yağışlar nəticəsində mayın sonlarında və iyunun əvvəllərində su səviyyəsinin yüksəlməsi azı 20 nəfərin ölümü ilə nəticələnib.

Avqustun 24-də İtaliyanın mərkəzi hissəsində, Norça şəhəri yaxınlığında güclü zəlzələ olub. ABŞ Geologiya Xidmətinin məlumatına görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib və zəlzələnin gücü Rixter şkalası üzrə 6,2-6,4 bal olub. Təbii fəlakət nəticəsində 295 nəfər həlak olub, 3 mindən çox insan ev-eşiyindən məhrum qalıb. Bu zəlzələ ölkə tarixində 2009-cu ildən bəri ən böyük fəlakət kimi yadda qalıb.

Oktyabrın 28-də İtaliyada estakadanın (yol ötürücüsünün) çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə İtaliyanın şimalında Milan yaxınlığında yerləşən Brantsa şəhərində baş verib. Qəza zamanı estakadada olan yük maşını çökmədən sonra aşağıda olan minik maşının üzərinə düşüb və onu əzib.
Oktyabr ayında “Metyu” adlı güclü qasırğa Karib dənizi üzərindən keçib. Qasırğa əsasən Haitiyə ziyan vurub. Təbii fəlakət nəticəsində 102 nəfər həlak olub. Meteoroloqlar “Metyu” qasırğasını son onillikdə ən güclü təbii fəlakət adlandırıb.

Təəssüf ki, bu il təbii fəlakətlər Azərbaycandan da yan keçməyib. Dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürətlə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Güclü külək nəticəsində estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Qeyd edək ki, bundan bir gün əvvəl güclü küləklə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dənizdəki özüllərində bütün zəruri tədbirləri görüb, müvafiq təlimatları verib, dəniz özüllərində növbətçilik tətbiq edib və rəhbər işçiləri növbətçiliyə cəlb edib.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."