!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı şoka salan xəbər: bu ölkələr məhv olacaq

!Reklam – Yazi

suudx_1200_oQanlı müharibə xəbərləri ilə dünya mediasının gündəmini tutan Yaxın Şərq yeni bir təhlükə ilə üz-üzə qalıb.

Neftin qiymətinin bir il içində 100 dollardan 45-ə düşməsi, xüsusəndə “Ərəb Baharı”nın baş kassiri olan Səudiyyə Ərəbistanına daha ciddi təsir edir. Belə ki, “qara qızıl”ın qiymətdən düşməsi bu ölkənin pul ehtiyatının sürətlə azalmasına gətirib çıxarıb.

Bütün hallarda neftin qiyməti 50 dollar səviyyəsində qalacaqsa, Səudiyyə Ərəbistanının valyuta ehtiyatı 5 il ərzində tükənə bilər. Ona görə də bu ölkə rəhbərliyi iqtisadi stabilliyi qorumaq istəyirsə, neftin qiymətini 100 dollar səviyyəsində saxlamalıdır. Çünki, dünyanın ən böyük neft satıcısı olan ərəblər təkcə son bir ildə neftin ucuzlaşmasından 360 milyard dollar itirib.

Təhlükə Səudiyyə Ərəbistanı ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Bəhreyn, İran və İraqı da gözləyir.

İŞİD təhlükəsi və daxili toqquşmalar fonunda İraq neftinin qiymətinin ən azı 81 dollar olması kifayətdir ki, ölkədə vəziyyət stabil qalsın. İranda isə stabil rəqəm 72 dollardır.

Digər ərəb ölkələrində silahlı münaqişələr ölkə daxilinə keçməsə də, həmin dövlətlərin bu münaqişələrə nə dərəcədə təsir etmələri və pul xərcləmələri sirr deyil(Azvision).

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv