!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın bir nömrəli terrorçusunu ən son canlı görən jurnalistlə MÜSAHİBƏ

!Reklam – Yazi

0ebc8d35-7d95-4094-bd94-733094d0a4a1Dünyanın bir nömrəli terrorçusu Usama Bin Ladeni ən son görən və ondan müsahibə alan, 18 ay Filippində terrorçuların girovuna çevrilən, Asiyadakı münaqişə bölgələrini 16 ildir araşdıran və analitik materiallar yazan təcrübəli media nümayəndəsi Baker Atyani “EurasiaDiary”nin suallarını cavablandırıb.

Yenicag.az Beynəlxalq Avrasiya Mətbuat Fondu​na istinadən “Jurnalistikada Müstəsna Cəsarət” mükafatına layiq görülən, hazırda nüfuzlu “Əl-Ərəbiyə” telekanalının Cənub və Şərqi Asiya üzrə bürosunun rəhbəri olan B.Atyaninin eksklüziv müsahibəsinin mətnini təqdim edir.

Sual: Cənab Atyani, sizinlə müsahibəyə təxminən 15 il əvvələ qayıdaraq başlamaq istərdik. Dünya adi dövrlərindən birini yaşayır. İndi mövcud olan qaynar nöqtələrin əhalisi uzaq 2001-ci ildə hələ başlarına hansı bəlaların gələcəyini bilmədən normal həyatlarını yaşayırlar. Siz isə həmin dövr üçün kifayət qədər çətin tapılan və müəyyən qədər təhlükəli sayıla biləcək bir şəxslə müsahibə etməyə nail olursunuz. Bir nömrəli terrorçu, Ben Ladenlə həmin vaxt müsahibənin baş tutması həm sizdə, həm oxucularınızda, həm də dünya ictimaiyyətində necə təəssürat oyatdı?

B.Atyani: Sözügedən müsahibə 2001-ci ildə 11 sentyabr hadisələrindən cəmi səkkiz ay öncə reallaşdı. Əl-Qaidə tərəfdarları mənimlə özləri əlaqə saxladı və bildirdilər ki, rəhbərləri müsahibə vermək istəyir. Təbii bu asan qərar olmadı və hazırlıqlar prosesi bir neçə ay çəkdi. Müsahibə üçün rəhbərliyin və redaktor heyətin də razılığı ilə Əfqanıstanın Qəndahar şəhərinə yola düşdüm. Müsahibədə səslənə ən vacib mesaj isə, söhbət əsnasında Ben Ladenin yaxın həftələrdə Amerikanı və İsraili böyük bir sürprizin gözlədiyini bildirməsi oldu. Təəssuf ki, bu açıq-aydın 11 sentyabr hadisələrinə bir işarə idi

Sual: Həqiqətən çətin və təhlükəli həyat tərzi keçirən jurnalist olmusuz. Həyatınızdakı ən maraqlı faktlardan biri Filippində özlərini İslam qruplaşması adlandıran terrorçular tərəfindən tutularaq 18 ay müddətində əsirlikdə saxlanılmanız olub. Şübhəsiz, belə uzun müddət əsirlikdə olub, daha sonra vacib jurnalistika fəaliyyətini davam etdirən dünyada sizin kimi az sayda jurnalist tapmaq olar. Sizcə, əsl araşdırmaçı jurnalist necə olmalıdır?

B.Atyani: Əldə etdiyimiz hər bir həqiqətə görə bizdən bir əvəz çıxılır. Bir jurnalist olaraq doğruları axtardığıma üçün çox çətinliklərlə üzləşdim. Biz, jurnalistlər belə çətin bir tapşırıqları öhdəmizə götürdükdə çox ehtiyyatlı olmalı, hər incə bir detalı nəzərə almalıyıq. Çünki hazırda qaynar bölgələrin sayı artıb və onlar çox təhlükəlidir. Məsələn, Suriyada araşdırmaya göndərilmiş hər bir jurnalist ya hakim rejim qüvvələri, ya da müxalif hərbi qruplaşmalar tərəfindən hədəfə alına bilər. Elə buna görə də, həqiqət axtarışında olan jurnalistlər həm də təhlükəsizliklərini də nəzərə almalıdır.

Sual: Baxmayaraq ki, dünyada münaqişələri tənzimləyəcək və onların həllinə çalışmalı olan kifayət qədər təşkilatlar var, qaynar bölgələr – münaqişələr artıb. Nə üçün beynəlxalq ictimaiyyət, qurumlar və fövqəlgüc dövlətlər bu münaqişələrin həllində ciddi həll yolu göstərə bilmir və ya göstərməkdən çəkinirlər? Münaqişənin günahkar tərəfini cəzalandırmır, əksinə, onun öz fəaliyyətini daha da genişləndirməsinə göz yumur. Niyə həmin təşkilatlar passiv və səmərəsiz fəaliyyət göstəririlər ?

B.Atyani: Əsasən, beynəlxalq aktorlar maraqları toqquşmadığı müddətcə hər hansı bir tədbir görmək ehtiyacı duymurlar. Suriya məsələsinə baxdıqda, görürük ki, son üç ilə qədər beynəlxalq ictimaiyyət bu münaqişəni dayandırmaq üçün heç bir addım atmırdı. Artıq təhlükə onlara da təsir etməyə başladıqdan sonra həll yolu haqqında düşünməyə vadar oldular . Bu regionda Rusiya, ardınca Türkiyə və ABŞ öz maraqlarına uyğun olaraq müdaxilələrə başladı. Bu mütləq bir qaydadır ki, beynəlxalq ictimaiyyət insani səbəblərə görə addım atmaqdan çəkindi. Təəssüf ki, bu acı həqiqət olaraq qalmaqdadır.

“Maraqlar olmadıqca heç bir cəhd göstərilmir”

Sual: Bu qaynar münaqişələrdən birinin də təxminən 12 gün əvvəl yenidən alovlandı. Söhbət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən gedir ki, bir çox ekspertlər 12 gün əvvələdək onu dondurulmuş münaqişə hesab edirdilər. Amma, zaman göstərdi ki, əslində o donmayıb, sadəcə uzun atəşkəs dövrünün gərginliyini özündə tutub saxlayıb və hər an partlamağa hazır bombaya çevrilib. Siz bu münaqişənin həlli barəsində nə düşünürsünüz?

B.Atyani: Dağlıq Qarabağa nəzər salsaq görərik ki, onu dünyadakı fərqli münaqişə zonaları ilə, həmin zonalardakı ssenarilərlə müqayisə etmək olar. Münaqişədə maraqlı tərəfləri və vasitəçilər bir-birilərinə təzyiq göstərərək, öz siyasi istəklərinə nail olmaq istəyirlər. Sülh və əmin-amanlığı gətirmək əvəzinə, əslində maraqlar mübarizəsi aparırlar. Maraqları ilə sizin istəyiniz üst-üstə düşmədiyi müddətcə heç kəs sizi xilas etməyəcək. Dağlıq Qarabağ münaqişəsinin etnik, ərazi zəmində və ya başqa bir səbəbdən baş verməsini nəzərə almadan Ermənistana da dəstək olan və Azərbaycanın da yanında olan dövlətlər var. Öz siyasi maraqlarının ardınca qaçmağa davam edən, Ermənistan və Azərbaycana təzyiq etmək istəyən dövlətlər, vasitəçilər olduğu müddətcə Dağlıq Qarabağdakı gərgin vəziyyət qalmaqda davam edəcək. Bir sözlə bu regiona sülh gəlməyəcək.

Sual: Dünyanın gündəmini işğal edən bir nömrəli münaqişələrdən biri də məhz Suriya münaqişəsidir. Bu münaqişəyə çoxlu sayda dövlətlərin və beynəlxalq qurumların cəlb olunduğunu nəzərə alsaq, onu dünyanın hazırda bir nömrəli problemi də adlandırmaq olar. Siz Suriyadakı hazırki vəziyyət haqqında nə düşünürsünüz? Bu ölkədə baş verənləri necə şərh edə bilərsiniz?

B.Atyani: Suriyadakı münaqişənin son vəziyyətini bir cümlə ilə ifadə etmək olar: “Artıq hər kəs bilir ki,bu müharibənin hərbi yolla həll yolu mümkün olmayacaq”.

Bütün tərəfər bilir ki, onlar oturmalı və ciddi danışıqlar aparmalıdırlar.Təbii ki, danışıqlar uzunmüddətli olacaq, lakin bu artıq yeganə həll yoludur.Çünki Suriyadakı müharibə özünü ən pis formada göstərdi.Xeyli sayda günahsız mülki əhali öldü , şikəst qaldı və ya Suriyadan qaçmağa məcbur oldu. Avropanın indi üzləşdiyi miqrant problem də məhz Suriyadan qaynaqlanır. Düşünürəm ki, danışıqlarla bir nəticəyə gəlmək və həll yolu tapmaq bir az vaxt tələb edəcək.

Sual: Hərbi qruplaşmalar üzrə ixtisaslaşmış şəxs olaraq, hazırda Suriyaya cəlb olunmuş tərəflər və hərbi birliklər barədə nə deyə bilərsiz?

B.Atyani: Cəlb olunmuş qrupların dəqiq adlarını çəkmək çətindir. Lakin, hər kəs bilir ki, bu münaqişədə aparıcı tərəflərdən biri Bəşər Əsədin prezidentliyinin hələ də hökm sürdüyü Suriya höküməti və onun hərbi qüvvələridir. Digər tərəfdən, şübhəsiz ki, müxalif qruplar, Suriya əhalisi üçün silahı əlinə almış insanlar və özünü islam birlikləri kimi təqdim edən qruplaşmalar da var. Həmin qruplaşmaların bir qismi beynəlxalq ictimaiyyət tərəfindən terror qruplaşmaları olaraq qəbul edilir. Bütün bunlara baxmayaraq, hazırda beynəlxalq ictimaiyyət müxalif qrupların öz aralarında birləşərək Dəməşqlə danışıqlar massasına oturmaqda maraqlı olduqlarına şahidlik edir. Təbii ki, az əvvəl qeyd etdiyim, terrorist qruplaşmalar sözügedən danışıqlardan kənardadır. Bundan əlavə, münaqişəyə cəlb olunmuş beynəlxalq aktorlar da var. Misal olaraq, ABŞ da daxil olmaqla, İran, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı hakimiyyətinin adlarını çəkə bilərik. Bir sözlə, Suriya uzun müddətdir ki, lokal qarşıdurma məkanından çıxaraq, qlobal maraqların toqquşduğu bir məkana çevrilib.

www.yenicag.az

746
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv