!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünyanın ən bahalı futbolçuları-SİYAHI

!Reklam – Yazi

Football - FC Barcelona v Bayern Munich - UEFA Champions League Semi Final First Leg - The Nou Camp, Barcelona, Spain - 6/5/15  Barcelona's Lionel Messi celebrates scoring their first goal  Reuters / Gustau Nacarino

Messi yenə Ronaldonu qabağladı.

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) Avropanın 5 ən böyük liqasında çıxış edən oyunçuların dəyərini müəyyən etmək məqsədi ilə araşdırma aparıb.

Araşdırmalar zamanı futbolçuların klubları və milli komandadakı vəziyyəti, müqavilələrinin müddəti, yaşları, mövqeləri və çıxışlarına əsasən siyahı hazırlanıb.

Siyahıda “Barselona”nın futbolçusu Lionel Messi ilk pillədə yer alıb. Onun dəyərinin 250 milyon 700 min avro olduğu bildirilib. Neymar ikinci, Eden Hazard üçüncü olub. Kriştiano Ronaldo isə siyahının dördüncü pilləsində qərarlaşıb. Dünyanın ən bahalı 10 futbolçusunun siyahısı:

1. Lionel Messi (“Barselona”) – 250 milyon 700 min avro
2. Neymar (“Barselona”) – 152 milyon 700 min avro
3. Eden Hazard (“Çelsi”) – 130 milyon 500 min avro
4. Kriştiano Ronaldo (“Real”) – 114 milyon avro
5. Harri Keyn (“Tottenhem”) – 91 milyon 300 min avro
6. Rahim Sterlinq (“Mançester Siti”) – 98 milyon 800 min avro
7. Antuan Qrizmann (“Atletiko”) – 88 milyon 300 min avro
8. Luis Suares (“Barselona”) – 86 milyon 300 min avro
9. Serxio Aquero (“Mançester Siti”) – 82 milyon 100 min avro
10. Aleksis Sançes (“Arsenal”) – 81 milyon 900 min avro

Kriştiano Ronaldo

Qeyd edək ki, dünən Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarına əsasən, dünyanın ən yaxşı yarımmüdafiəçilərin reytinq siyahısını dərc edib. “Barselona” klubunun hücumçusu Lionel Messi karyerası ərzində ilk dəfə ilin ən yaxşı yarımmüdafiəçi seçilib. Messi 165 xal yığaraq komanda yoldaşı Andreas İnyestanı qabaqlayıb. İnyesta 91 xal toplayıb. “Nyork Siti”nin italiyalı ulduzu Andrea Pirlo 51 xalla 3-cü pillədədir.
Toni Kroos – futbolçu

Ötən il ən yaxşı yarımmüdafiəçi Toni Kroos seçilib. 6 il əvvəl isə “Barselona”nın futbolçusu Xavi seçilib. İnyesta isə 2012-2013-ci ildə bütün rəqiblərini qabaqlıyaraq 1-ci olub.

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv