!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən böyük yelkənli yaxtası və onun sahibi-Fotolar

!Reklam – Yazi

110571_res_01Dünyanın ən böyük yelkənli yaxtasının fotoları yayılıb.

Britaniyanın “The Daily Mail” qəzeti rusiyalı milyarder, “Evroxim” konserninin sahibi Andrey Melniçenkonun sifarişi ilə Almaniyanın “Nibiskrug” şirkətinin tərsanəsində inşa edilən “A”, yaxud “Ağ Mirvari” kimi tanınan superyaxta 260 milyon funt-sterlinqə başa gəlib.

Sentyabrın 21-da yaxta test üzüşünü həyata keçirmək üçün ilk dəfə dənizə endirilib və Kilsk buxtasından çıxıb. Məhz bu məqamda jurnalistlər onun fotolarını çəkə biliblər.

Yaxtanın uzunluğu 147 metr, hündürlüyü 92 metrə yaxındır. Gəmi 8 mərtəbədən ibarətdir.

A.Melniçenkonun yelkənli yaxta sifariş verdiyi ancaq bu ilin avqustunda üzə çıxıb. Biznesmenin nümayəndəsi bildirib ki, gəminin inşası sahibkar üçün əhəmiyyətli riskdir.

Yaxta üzməyə hazır olsa da onun dizaynı üzərində iş hələ davam edir. İnteryer işlərini tamamlamaq üçün bir neçə ay lazımdır.

Ekspertlərə görə, yaxtanın içini abadlaşdırmaq üçün görülən işlərin hər kvadratmetri 10 min funta başa gələcək.

Əslində Melniçenkonun “A” adlı başqa yaxtası var. Ancaq o, bir qədər balacadır, cəmi 119 metr uzunluğundadır. 14 VİP qonaq və 42 ekipaj üzvü üçün nəzərdə tutulub. Avtomobil qarajına və üç hovuza malikdir.

A.Melniçenko yaxtanın adını arvadı Aleksandranın adının birinci hərfindən götürüb. Onun köhnə yaxtasının radikal dizaynı və şüşə ilə örtülü göyərtəsi hamını heyran edirdi. Biznesmenin bu yaxtasını Qərb jurnalistləri rus oliqarxlarının “başgicəlləndirici sərvətlərinin nümayişi” adlandırırdılar.

“A” 400 milyon dollara alınıb və onun saxlanılması biznesmenə ildə 12 milyon dollara başa gəlir.

www.yenicag.az

1688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv