Yazı İçi 468×60

16235Bu kənddə oruc müddəti cəmi 3,5 saatdır

Müsəlman dünyası müqəddəs Ramazan ayını yaşayır.

On bir ayın sultanı olan Ramazan bu il də ilin ən qızmar günlərinə təsadüf edib. Buna baxmayaraq müsəlmanlar uzun saatlarla ac-susuz qalaraq dinin önəmli şərtlərindən birini yerinə yetirirlər. Azərbaycan da oruc müddətinin ən çox davam etdiyi ölkələrdəndir.

Belə ki, təqvimə əsasən, bu müddət 17 saata qədərdir. Lakin bundan daha uzun müddət oruc tutan ölkələrin də sayı az deyil. Belə ki, Skandinaviya ölkələrində oruc müddəti 22 saatı da keçir.

Məsələn, İsveçin Kiruna, Norveçin Tromso, İslandiyanın paytaxtı Reykravikdə 22, Stokholm, Oslo, Kopenhagen, Helsinkidə 20 saat.

Ən qısa oruc müddəti isə Omandakı bir kənddədir. İki minə yaxın əhalisi olan Vekan kəndində Günəş 11.00-da doğur, 14.30-da batır.

Müsəlmanların ən qısa oruc tutduqları yerlərdən biri də Argentinadadır. Uşuaia şəhərində orucun müddəti 9 saat 7 dəqiqədir. (anspress.com)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."