Dünyanın ən yaşlı cərrahı - Fotolar 

Müəllif: Redaktor

Editor

Dünyanın ən yaşlı cərrahı 89 yaşlı Alla Levuşinka hesab edilir.

Trend-in məlumatına görə, hazırda Rusiyanın Ryazan şəhərində dövlət xəstəxanasında çalışan A.Levuşinka apardığı ilk cərrahiyyə əməliyyatından danışıb:

“İlk əməliyyatım zamanı üzümə qan sıçramışdı. Müəllimim o zaman mənə “cərrahlığa indi başladın” demişdi. O vaxtdan bu günədək – 68 ildir insanları sağlam həyatlarına qovuşdurmaq üçün çalışıram. Mən işdən çıxsam, cərrahiyyə əməliyyatlarını kim həyata keçirəcək?”

Yaşının çox olmasına baxmayaraq, təqaüdə çıxmaq istəmədiyini söyləyən cərrah indiyədək 10 mindən çox əməliyyatda iştirak edib.

A.Levuşinka yaşına görə xəstələrin ona etimad etmədiklərini, lakin əməliyyatdan sonra ona güvəndiklərini söyləyib.

Yenicag.az

Foto Qalereya:


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir