Dünyanın gözlədiyi oyun – Almaniya yoxsa Fransa?

Müəllif: Redaktor

Editor

'Bu gün “Avro-2016”nın ikincisi finalçısı bəlli olacaq.

Yarımfinalda Almaniya və Fransa milliləri üz-üzə gələcək.

Bura qədər yarışda məğlubiyyətsiz irəliləyən komandaların şansları bərabər qiymətləndirilir.
Rəsmi oyunlarda 12 dəfə qarşılaşan komandalar tarixdə ilk dəfə yarımfinal mərhələsində üz-üzə gələcək. Statistikaya əsasən fransızlar rəqiblərindən üstün görünürlər. Almanlara 6 dəfə qalib gəlib 4 dəfə uduzan Fransa millisi 2 oyunda heç-heçə edib.

Qeyd edək ki, bu cütün qalibi finalda Portuqaliya millisi ilə qarşılaşacaq.

“Avro-2016”, yarımfinal oyunu

23:00. Almaniya – Fransa

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini (İtaliya)

Marsel. Velodrom stadionu


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır