www.sinerjipro.net

SinerjiProWide
Reklam

7JnIcdD5V233Dr. Mustafa Aydın: “Zirvə bölgənin və dünyanın ali təhsil müəssisələri arasında ciddi əməkdaşlıq əlaqələrinin qurulmasına kömək olacaq”.

17-18-19 Fevral 2016-cı il tarixlərində Avrasiya Universitetlər Birliyinin dəstəyi ilə (EURAS) İstanbulun Haliç Konqres Mərkəzində reallaşdırılacaq olan Avrasiya Ali Təhsil Zirvəsinə (EURİE) hazırlıqları sürətlə davam edir. Bütün Avrasiya bölgəsini əhatə edəcək olan ali təhsil zirvəsi dünyanın elm və təhsil ictimaiyyətinin diqqət mərkəzindədir.

EURİE ilə bağlı açıqlama verən Avrasiya Universitetlər Birliyinin (EURAS) sədri Dr. Mustafa Aydın buna bənzər sərgi və zirvələrin keçirildiyi bölgələrdə təhsilin keyfiyyəti, beynəlxalq tanınırlığı və beynəlxalq tələbə mübadiləsində mühüm rol oynadığını deyib. Mustafa Aydın Şimali Amerikada təşkil olunan NAFSA, Avropa Konfransı (EIAE) və Asiya Pasifik Konfransını(APAIE) xatırladaraq, təşkil edəcəkləri EURİE-nin dünyanın bu sahədəki 4-cü Böyük zirvəsi olacağından böyük qürur duyduqlarını deyib.

Dr. Mustafa Aydın, EURIE – Avrasiya Ali Təhsil Zirvəsinin məqsədlərindən söz açıb: “Bu zirvənin keçirilməsində məqsəd Türkiyənin ali təhsil sektorunu dünyaya tanıtmaq, Türkiyəni bu sektorda bir cazibə mərkəzi halına gətirmək, ikitərəfli əlaqələri və beynəlxalq tələbə sayını artırmaqdır. Zirvə eyni zamanda bölgənin və dünyanın ali təhsil müəssisələri arasında ciddi əməkdaşlıq əlaqələrinin qurulmasına, elm və təhsil sahəsində yeni qlobal uğurların qazanılmasına kömək olacaq”.

3 gün ərzində davam edəcək olan sərgi və konfransda iştirakçılara dünyadakı son yenilikləri önəmli təhsil adamlarə vasitəsilə öyrənmək şansı yaradılacaq.

YÖK rəhbəri Prof.Dr Yekta Saraç, İstanbul Universitetinin Rektoru Prof. Dr. Mahmud Ağ, Yeditepe Universitetinin Rektoru Prof. Nurcan Baç, Boğaziçi Universitetinin Rektoru Prof. Gülay Barbarosoğlu, Dimitrie Universitetinin Rektoru Prof. Corina Dimitresciu, Sabancı Universiteti Rektor müavini Prof. Sondan Durukanoğlu, İstanbul Texniki Universiteti Rektoru Prof. Mehmet Karaca, “Mediterranean Universities Union”un prezidenti Prof. Domenico Laforgia, “The European Association of ERASMUS Coordinators”un rəhbəri Gregory Makrides, “Foundation Universities Union”un rəhbəri Rıfat Sarıcaoğlu, Yıldız Texniki Universitetinin Rektoru Prof. İsmail Yüksək, EMUNI Universitetinin rəhbəri Prof. Hamid Əl-Zoheiry, eyni zamanda Amerika, Avropa və Uzaq Şərqin görkəmli universitetləri EURİE zirvəsində iştirak edəcək şəxslər arasındadırlar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."