Dünyasını dəyişən aktrisanın 10 milyonluq sərvəti

Müəllif: Redaktor

Editor

81637_fnnyyzvljcKeçdiyimiz günlərdə həyatını itirən məşhur aktrisa Oya Aydoğanın bütün pulunu qoyduğu antikvar əşyaların ümumi qiyməti eşidənləri heyrətləndirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, türk televiziyalarının məşhur adlarından olan Aydoğan oynadığı filmlərdən qazandığı pulu əntiq əşyalara yatırıb. Bir müddət əvvəl verdiyi müsahibədə “Yeşilçam”da qazandıqları ilə yalnız Ulusda olan evi ala bildiyini deyən Aydoğan pulunun geri qalan qismi ilə qədimi (əntiq) əşyalar aldığını bildirmişdi.

İddiaya görə, məşhur aktrisanın əntiq əşyalarının ümumi qiymətinin 10 milyon lirə (təxminən 5 milyon manat) olduğu təxmin edilir. Mövzuyla əlaqədar Aydoğan’ın tək varisi olan oğlunun bir şərh edib etməyəcəyi maraq doğurur.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır