!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyaya insanlıq dərsi verən türklər və qardaşlarını dar gündə atan ərəblər

!Reklam – Yazi

kizilaySuriyanın Hələb şəhərinin hökumət qüvvələrinin əlinə keçməsindən sonra dinc əhaliyə divan tutulması bu ölkədəki humanitar fəlakət məsələsini yenidən aktuallaşdırıb.

Yeniçağ.Az xəbər verir ki, Suriyada böhranın davam etdiyi son 5 ildə ölkəni tərk etmək məcburiyyətində qalmış yerli əhalinin mütləq hissəsi Türkiyədə özünə sığınacaq tapıb. Məlumata görə, qeyd olunan tarixdən bu yana Suriyadan Türkiyəyə keçən və orada məskunlaşan qaçqınların sayı 3 milyon nəfər civarındadır. Türkiyə hökuməti öz imkanları hesabına suriyalı qaçqınların normal həyatını təmin etmək üçün 6 milyard dollardan çox vəsait sərf edib.

Bununla belə, çox paradoksal haldır ki, Türkiyə Suriyalı qaçqınlar üçün qapılarını geniş açdığı halda, ərəb dövlətləri öz qan qardaşlarını israrla “evlərinə” yaxın buraxmırlar. Qeyd olunur ki, ərəb dünyasının Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər zəngin ölkələri suriyalı qaçqınlara yardım məqsədi ilə müəyyən həcmdə vəsait ayırsalar da, Suriyadan bir qaçqının belə öz ərazilərinə daxil olmasına imkan vermirlər. Bu məsələdə ən çox tənqid olunan isə Səudiyyə Ərəbistanıdır. Lakin o da vurğulanır ki, Səudiyyə Ərəbistanının suriyalı qaçqınların ölkəyə daxil olmalarına imkan verməməsinin özünəməxsus səbəbi var. Bildirilir ki, Ər-Riyad müəyyən qədər dünyəvi həyat tərzi görmüş suriyalıların Səudiyyə Ərəbistanı üçün “pis nümunə” göstərərək, hüquq və azadlıqların təmin olunması tələbini irəli sürəcəklərindən ehtiyatlanaraq, onları ölkəyə buraxmır.

Ancaq həm Səudiyyə Ərəbistanı, həm də adları çəkilən başqa ərəb ölkələrinin suriyalı qaçqınlara qarşı bu cür yolverilməz münasibətinə heç bir səbəb bəraət qazandıra bilməz. O cümlədən, Səudiyyə Ərəbistanının yeni “Ərəb baharı”ndan ehtiyatlanması üçün də əsas yoxdur. Bütün fikri-düşüncəsi özünün və yaxınlarının mövcudluğunu təmin etmək olan suriyalı qaçqının siyasi tələblərlə küçələrə çıxacağını iddia etmək gülüncdür. Bu baxımdan, suriyalı qaçqınların ikinci vətən qismində Türkiyəni seçmələri və Ankaranın onlara qucaq açması əslində, ərəb dünyasının üzünə vurulan tərs sillədir. Yaxşı, Avropanın suriyalı qaçqınları qitəyə buraxmaq istəməməsi başa düşüləndir. Bəs ərəb dövlətlərinə nə gəlib? Onların hər zaman lənətlədikləri “kafirlər”dən fərqləri nədədir? Türkiyə isə az qala bütün dünya ilə baş-başa gəldiyi, xarici təzyiqlərin, terrorun ara vermədiyi bir dönəmdə insanlıq nümunəsi göstərdi: ərəblərə də, dünyaya da…

Lakin paradoksa baxın ki, öz qardaşlarının üzünə qapı bağlayan ərəb dövlətləri qərbli siyasətbazların ümumi xoruna həvəslə qoşularaq, Türkiyənin Suriyada cərəyan edən proseslərə təbii müdaxilə haqqının olmadığını iddia etməkdədirlər. Sonra da soruşuruq ki, ərəb dünyası niyə bu gündədir…?

Araz Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv