Yazı İçi 468×60

golBakının Zığ ərazisindəki məşhur və hər yay mövsümündə antisanitariya şəraiti ilə gündəmə gələn “Duzlu göl”ün yaxınlığında müalicə mərkəzi yaradıla bilər.

Yenicag.az report-a istinadən xəbər verir ki, bu, Bakı Dövlət Layihə İnstitutunun Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma planında (Baş plan) təklif edilir.

Layihədə Zığ gölü ətrafında geniş rekreasiya və əyləncə əraziləri, habelə Hövsan qəsəbəsinin sahilyanı ərazilərində yüksək keyfiyyətli ticarət və yaşayış ərazilərinin salınması ideyası irəli sürülüb.
Bundan başqa, layihədə Lökbatan qəsəbəsində beynəlxalq avtovağzalın inşası, təklif edilən avtovağzala qədər yeni metro xəttinin çəkilməsi, o cümlədən yüngül sənaye sektoru üzrə ixtisaslaşmış kiçik və orta ölçülü səyane müəssisələri, fəaliyyəti yerli əmək bazarı tələbləri ilə uyğunlaşan peşə məktəbləri, logistika və təchizat ərazilərinin də salınması təklif edilir.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."