!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP: Artıq “dosta zəng” qaydası işləmir

!Reklam – Yazi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, əvvəllər sürücülər spirtli içkinin təsiri altında sükan arxasında olarkən “dosta zəng” imkanlarına arxalanıb avtomobil sürürdüsə, indi belə fakt mümkün deyil: “Bu gün “Yol hərəkəti haqqında” qanunun tələbini bilərəkdən və bilməyərəkdən pozulması inzibati xəta hesab edilir və bu xətanı törədən kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilir”.

Yenicag.Az sputnik.az-a istinadən bildirir ki, Əsədovun sözlərinə görə, ilin əvvəlindən bu günə 8000-ə yaxın sərxoş sürücü saxlanılıb: “Bu o deməkdir ki, artıq heç kim heç kəsə arxalana bilməz. Artıq yol polisinin fəaliyyətinə müdaxilə etmək, yol polisindən xahiş etmək olmaz. Hər kəs öz törətdiyi xətaya görə cavab verir və verəcək. Bu gün kimsə avtoxuliqanı, sərxoş sürücünü, polisə müqavimət edəni xahiş edə bilərmi? İnanmıram”.

Yenicag.Az

www.yenicag.az

1067
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv