Yazı İçi 468×60

20150216133803-19779-0Bakıda avtomobillərin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulmasına görə 151 sürücüyə inzibati protokol yazılıb.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.Onun sözlərinə görə, bu rəqəm son bir həftə ərzində qeydə alınıb.

V.Əsədov qeyd edib ki, avtomobilinin şüşələrində pərdə, plyonka və jalüzləri olan sürücülər məsuliyyətdən qaça bilməyəcəklər.Bölmə rəisi sürücüləri bir daha xəbərdar edib:

“Sürücülər avtomobillərində pərdə, jalüz və plyonkaları söksünlər. “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavənin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standarta əsasən, avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti artıq başa çatıb. Bizim əməkdaşlarımız paytaxt boyu dislokasiya olunublar və belə hallara rast gəldikcə həmin avtomobillərin sürücüləri cərimə olunacaqlar. Cərimənin miqdarı isə heç də az deyil. “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən, avtomobili belə halda idarə sürücülər 150 manat cərimə olunurlar”.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapılarının şüşələrinə yalnız sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."