yenicag.az
yenicag.az

DYP-dən sürücülərə – Xəbərdarlıq

DYP-dən sürücülərə – Xəbərdarlıq

Müəllif: Redaktor

Editor

duma0Bakıda müşahidə edilən qatı duman sürücülərin işini çətinləşdirib. Səhər saatlarından müşahidə edilən duman yollarda görmə məsafəsini məhdudlaşdırırb. Hava şəraiti ilə bağlı olaraq Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovik Vaqif Əsədov sürücülərə belə hava şəraitində yaxın işıqlandırmalarından istifadə etməyi məsləhət görüb.

“Yollarda görmə məsafəsi məhdudlaşıb. Bu səbəbdən də sürücülər avtomobil idarə edərkən daha diqqətli olmalı, sürət həddini minumuma endirilməlidirlər”. Bölmə rəisinin sözlərinə görə, yollarda görmə məsafəsi 30 metrdən aşağıdır.

Onun sözlərinə görə, baş verə biləcək qəzalardan qaçmaq üçün sürücülər ara məsafəsini də normadan artıq saxlamalıdırlar. “Ümumiyyətlə sürücülər şəxsi avromobillərindən istifadə etməmək məsləhətdir”.

V.Əsədov qatı dumanın daha çox hiss edildiyi yolların adlarını da açıqlayıb. Bunlar 20 yanvar ərazisi, Yasamal rayonu, həmçinin Günəşli və Əhmədli qəsəbələridir.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti