!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP əməkdaşları şagirdlərlə birgə reyd keçiriblər - FOTOLAR

!Reklam – Yazi

Ağdaş rayonunda 9 noyabr-Dövlət Bayrağı günü münasibətilə yol hərəkəti qaydalarının təbliği məqsədilə maarifləndirici tədbir təşkil edilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsi və Ağdaş İSTƏK Liseyinin birgə təşkilatçılığı ilə keçirilən “Vətən yollarında əzəmətlə dalğalan, üçrəngli bayrağım!” adlı ictimai maarifləndirici tədbir yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilib.

Azərbaycanda ilk dəfə olaraq sürücülərin yol hərəkəti qaydaları haqqında biliyinin şagirdlər tərəfindən yoxlanılması məqsədilə keçirilən reyddə iştirak edən DİN Mətbuat Xidmətinə bilavasitə tabe olan Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimov APA-nın yerli bürosuna bildirib ki, bu tədbirin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləmək, sürücülərin, piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, yol hərəkəti iştirakçılarına küçə və yollarda təhlükəsizlik vərdişlərini aşılamaqdan ibarətdir.

Ağdaş şəhərinin Heydər Əliyev prospektində keçirilən reyd zamanı əvvəlcə Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi, mayor Namiq Qəmbərov liseyin şagirdlərinə avtomobillərin dayandırılması, sürücülərlə ünsiyyət qaydaları barədə məlumat verib. Sonra simvolik olaraq yol polisi geyimində olan şagirdlərin göstərişi ilə hərəkətdə olan avtomobillər dayandırılıb. Məktəblilər əvvəlcə sürücüləri 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, sonra onlara yol hərəkəti qaydaları ilə bağlı suallar ünvanlayıb. Suallara düzgün cavab verən sürücülərin hər birinə Azərbaycan bayrağı, avtomobil üçün suvenir və sürücülük qaydaları barədə kitab hədiyyə olunub. Şagirdlər suallara düzgün cavab verə bilməyən sürücülərə isə yollarda təhlükəsizliyin təmin edilməsi üçün həmin yol hərəkət nişanları haqqında məlumat veriblər. Maarifləndirici xarakter daşıyan reyd zamanı 100-dən çox sürücüyə şagirdlər tərəfindən Azərbaycan bayrağı təqdim edilib.

DYP əməkdaşları və sürücülər şagirdlərin iştirakı ilə maarifləndirici xüsusiyyəti yüksək olan belə tədbirin keçirilməsindən razı qaldıqlarını bildirib, gələcəkdə də təhsil müəssisələri ilə birgə əməkdaşlığın yaxşı səmərə verəcəyini qeyd ediblər. İctimai maarifləndirmə yolu ilə azyaşlı uşaqların, məktəblilərin və digər piyadaların vurulması hallarını azaltmaq, sürücülərin təhlükəsizlik qaydalarına daha diqqətli əməl etmələrini nəzərə çatdırmaq üçün ölkənin digər şəhər və rayonlarında bu cür reydlərin təşkil olunması nəzərdə tutulur.

www.yenicag.az

2401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv