polispeed.ic.20E4-Agvcd9Bakıda zəncirvari qəza baş verib.

Hadisə zamanı biri Dövlət Yol Polisinə məxsus olmaqla 4 avtomobil toqquşub.

Belə ki, Yasamal rayonu ərazisində, Abdulvəhab Salamzadə küçəsindən üzü “Qələbə” meydanına doğru hərəkət edən “Nissan Armada” markalı avtomobilin qarşısına piyada çıxıb. Qəfil əyləcdən istifadə edən “Nissan” markalı avtomobilin arxası ilə hərəkət edən “Hyundai Sonata”, “Hyundai ix35” və Yasamal Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus “BMW” markalı avtomobil bir-birinə çırpılıb.

Yasamal Rayon DYPİ-yə məxsus avtomobilin sürücüsü idarə etdiyi xidməti avtomobillə ərazini tərk edib.

Qəza zamanı xəsarət alan olmayıb. Amma hər 4 avtomobilə maddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib.(report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."