!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əbülfəs Qarayevin oliqarxlara “dişi batmır”? – Araşdırma

!Reklam – Yazi

 

ebulfes_357u6y757455Azərbaycanın paytaxtı Bakı 2016-cı ildə yay səyahəti üçün rusiyalı turistlərin şəhərləri arasında тоp-5-də yer alıb. Bu barədə Rusiyanın Travel.ru nəşri yazır.  Bir neçə gün əvvəl yayılan reytinqə əsasən, iyunun 1-dən avqustun 31-nə kimi turistlər üçün mehmanxana, mənzil tipli mehmanxana və sərbəst səyahətə görə bron edilən yerlər üzrə təyin edilib.

Şirkətin məlumatına görə, hazırda rus turistlər üçün Bakı və Minsk ən aşağı büdcəli paytaxt (yaşamaq üçün sutkada orta hesabla 45 avro – 76 AZN), London isə ən bahalı paytaxtdır (orta hesabla 200 avro – 338 AZN).

Yenicag.az xəbər verir ki, Qaynarinfo.az-ın araşdırması isə ortaya ilginc məqamlar çıxarıb.

Səbəb?!

Məsələ burasındadır ki, Azərbaycanın rus turistlər üçün cəlbedici məkanlarından  birinə  çevrilməsinin səbəbi tamamilə subyektivdir. Belə ki, onlar Bakıya heç də buradakı sərfəli qiymətlərə və keyfiyyətli xidmətə görə meyllənmirlər.

Əsas səbəb bu il rus turistlərin istirahət üçün məlum səbəbdən Türkiyə və Misirə getməkdən imtina etmələridir.

Suriya məsələsnə görə rəsmi Moskva ilə Ankara arasında münasibətlər kəskin pisləşib. Misirdəki qeyri-sabt ictimai-siyasi vəziyyət və bu ölkəyə, eyni zamanda əks istiqamətdə uçuşların təhlükəlililyi rus turistləri alternativ seçimə sürükləyir. Elə Bakının adını ön plana çıxaran səbəb də budur.

Reallıq başqadır

Amma Qaynarinfo.az əməkdaşının yerli turizm agentliklərinin bəziləri ilə əlaqə saxlaması sayəsində aydınlaşıb ki, xüsusilə rus turistləri Azərbaycanda istirahət haqqında müraciət etsələr də, amma sonradan qiymətlərin baha olması səbəbindən ölkəmizə gəlməkdə maraqlı olmurlar.

Burada təəccüblü heç nə yoxdur: ölkəmizdə turist xərclərinin baha başa gəlməsi çoxdankı reallıqdır. Baxmayaraq ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə təsirli tədbirlərin görüldüyünə dair bir-birini təkrarlayan açıqlamalar verir. Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirlik yerli turizm obyektlərində xidmət və qiymətin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlərin görüldüyü barədə mütəmadi anonslar etsə də, bu, real vəziyyətə heç bir təsir etmir.

Əksər müstəqil ekspertlər düşünür ki, Qarayevin nazirliyi ümumi, mücərrəd və daha çox gözdən pərdə asmağa hesablanmış addımlar atmaqla məşğuldur, nəticədə isə turistlərin cəlb edilməsi ilə bağlı yaranmış ənənəvi, xoşagəlməz vəziyyəti dəyişmək mümkün olmur.

Əbülfəs Qarayevin oliqarxlara “dişi batmır”?

Bunun səbəbi isə Azərbaycanda bütün sahələrdə olduğu kimi, turizmdə də iri məmurların maraqlarının ön plana çıxması göstərilir. Qeyri-rəsmi olaraq ölkədəki turist obyektlərinin mütləq çoxluğu onların nəzarətində və ya himayəsindədir.

Belədə isə ortadakı məlum problemləri aradan qaldırmaqla bağlı əlaqədar qurumların, xüsusilə də Mədəniyyət və Turizm Nazirliyinin duruma müdaxilə imkanları məhdudlaşır. Nazirlik belə obyektlərin fəaliyyətinin həm müasir xidmət standartlarına, həm də qiymətlər sarıdan optimal situasiyaya uyğunlaşdırılması üçün konkret addımlar atmağa çətinlik çəkir.

Bir sözlə, görünür, Əbülfəs Qarayev bəzilərinə “diş keçirməkdə” acizdir, nəticədə isə Azərbaycanın dövlət  büdcəsinə milyonlarla manat qazanc gətirə biləcək turizm sektoru bunun tamamilə əksinə olaraq, həmin külli miqdarda vəsaitin ölkədən dərbədər düşməsinə gətirib çıxarır.

Ya Qarayev üçün sözdən işə keçmək vaxtı, ya da…

Hələ ötən ilin aprelində KİV-ə də sızan statistik məlumatlardan belə məlum olurdu ki, azərbaycanlılar 2014-cü ildə xaricdə 3, əcnəbi turistlər isə Azərbaycanda 2,4 milyard dollar xərcləyiblər.

Rəsmi statistik rəqəmlərə görə, 2014-cü ilin payızından 2015-ci ilin yazınadək azərbaycanlıların xarici ölkələrdəki turizm xərcləri 8 dəfə artıb. Mərkəzi Bankın məlumatına görə, ötən il xaricdəki Azərbaycan rezidentlərinə 3 milyard dollar məbləğində turizm xidməti göstərilib, Bu, 2013-cü ilin göstəricisindən 4 faiz çoxdur.

Bunun qısa izahı ondan ibarətdir ki, biz nəinki ölkəyə xarici turist axını təşkil edə bilirik, eyni zamanda yerli vətəndaşlar da daxili turizm əvəzinə ölkədən kənara üz tutmağa üstünlük verirlər.

Ölkənin neft gəlirlərinin kəskin azaldığı və iqtisadi böhranın ayaq səslərinin hər gün bir az da gur eşidildiyi vaxtda yuxarıdakı rəqəmlər tükürpədicidir. Aydın görünür ki, Əbülfəs Qarayevin nazirliyinin turizm sektorunu canlandırmaq və faktiki olaraq, postneft dövrünün başlandığı vaxtda bu onu daha gəlirli sahəyə çevirmək istiqamətində fəaliyyəti effektsizdir. Adçəkilən nazirliyi sözügedən sahədə daha əməli fəaliyyətlə məşğul olmasının, ənənəvi, şablon açıqlamalardan əl çəkərək, Azərbaycanda turizmi canlı, dinamik sektoru qaçılmazdır.

Əks halda ölkəmizdə turizm sayəsində qazanıla biləcək yüz milyonlarlıa manatın xaricə axması və ya xaricdə qalmasının birbaşa məsuliyyətini Əbülfəs Qarayevdən qeyrisi daşımır…

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv