Əbülfəz ŞEYDABƏYOV: Quldarlıq tarixinin görünməyən tərəfi

Müəllif: Redaktor

Editor

12713986_937471506343753_1483562690_nQuldarlıq tarixinin görünməyən tərəfi
Avropanın insan zooparkları
Əbülfəz ŞEYDABƏYOV

İllər öncə planetimizin əksər yerlərindən heyvanları Berlin şəhərinin mərkəzi heyvanxanasına gətirərək, orada Avropanın ən böyük canlılar aləmi sərgisi təşkil olunmuşdur. Fərqli qitələrdən gətirilən bu heyvanlar avropalıların böyük marağına səbəb olmuş və minlərlə tamaşaçı axını qeydə alınmışdır. Saatlarla zooparkın həyətində zövglə gəzən insanlar çıxışda isə boş dəmir qəfəslə qarşılaşırdılar. Bəli, boş qəfəs.Hər kəs qəfəsin içinə təəcüblə baxarkən, orada qoyulmuş güzgüdə öz əksini görərmiş. Və altda çox təsirli bu yazıya təbəssüm edərək oradan ayrılardılar: “dünyanın ən vəhşi canlısı”…

Həqiqətən çox yaradıcı və düşündürücü prizmadan çıxış edmişdir almanlar. Bəşər tarixi özünü biləndən insanlıq daim cəbhələrə bölünmüş, fitnələr, müharibələr, qırğınlar və güclü olanın lovğalanması ilə yaddaşlarda qalmaqdadır. Quldarlıq dövrü demək olar ki, bütün coğrafiyalar boyu yaşanmış və günümüz bəzi Afrika və Uzaq Asiya ölkələrində indi də bu hallara rast gəlinməkdədir. Keçmiş diplomatiya kitablarında belə nəql edilir ki, bir ölkənin kralı uzaq diyarların şahına yalnız öz ərazisində yaşayan nadir canlı növünü hədiyyə göndərərdi. Əvəzində özü də buna bənzər canlı hədiyyə ilə cavablanar və bu qarşılıqlı hörmət, ehtiram əlaməti sayılarmış. Zaman keçdikcə azğınlaşan krallar bir-birinə insan qullar göndərər və bu hətta şərq xalqlarında da diplomatik nəzakət sayılarmış. Məsələn Şirvanşahlar dövlətinin başçısı İbrahim xanın Əmir Teymurla görüşündə 9-cu qul (nökər) da özüməm incə jesti böyük müharibənin qarşısını almışdır (1387). Bu zərif yanaşma Əmir Teymuru valeh etmişdir. O, İbrahim xanı öz mənəvi oğlu adlandıraraq, çağatay əsgərlərini onun tabeçiliyinə verərək Azərbaycanın şimal sərhədlərini Altun Ordanın hücümundan müdafiə edmişdir. İllər ötdükcə şərqdə bu diplomatik protokol ləğv olunmuşdur. Xüsüsi ilə qeyd edək ki, Şərqdə məqsəd daha çox fəlsəfi məna kəsb edirdi. Bildiyimiz kimi bu seçmə qul-nökərlər hər birisi xüsüsi istedada malik insanlar olublar. Misirin Qul Sultanları Məmlüklar buna bariz nümunədir (1250-1517).

Orta Əsrlərdə Şərqdən fərqli olaraq Qərbdə qullar daha çox dekorasiya və aşağılanma mərhələləri yaşamışlar. Və bu XX əsrin ortalarına kimi müşahidə olunmuşdur. Aylar öncə təsadüfən bir fotoya rast gəldim. Fotoda dəmir çəpərlər içində olan afrikalı uşağa “üstün ağ insan”lar meyvə uzadırdı…Bu fotonu araşdırmağa başladım. Araşdırdıqca təsirləndim, utandım və humanizm deyə bağıranların yerinə xəcalət çəkdim…

Hələ 1496-cı ildə məşhur Kristafor Kolumb Amerika qitəsindən qayıdarkən özü ilə bir neçə yerli qızıldərilini İspaniyaya gətirmişdir. Həmin vaxt onlara hindu deyirdilər. Kolumb yeni torpaqlardan gətirdiyi sərvət nümunələri ilə birgə bu hinduları İspaniya sarayında nümayiş edir. Daha sonra yerli zədəganlar bu yarı çılpaq,xristian olmayan insanlara tamaşa üçün krallığın hər yanından axışıb gəlirdilər. Bax beləcə köhnə qitəlilər yeni kəşf etdikləri ərazilərdə yaşayanların “yarı-insan” olduqlarını əsas tutaraq zamanla Amerika qitələrini, Afrikanı, öz koloniyalarına çevirərək oradakı insanların əməyini, sərvətlərini mənimsəyərək öz xəzinələrini doldururdular. Bununla da kifayətlənməyən lovğa qərbli “humanistlər” uzaq diyarlardan özləri ilə Avropanın siyasi mərkəzlərinə afrikalıları, avstraliya yerlilərini, şimal xalqları eskimosları gətirərək bir növ kim daha güclü imperiyalistdir yarışına çıxırdılar. Bu “üstün ağ” əfəndilər öz acgöz, həris simalarını gizlətmək üçün uzaq koloniyalarından gətirdikləri adamların əslində insan olmadığını sübut etməyə çalışırdılar. Beləcə öz imperiyalist ambisiyalarının təbii olduğunu, anti humanist hərəkət etmədiklərini sübut etməyə çalışırdılar. Afrikalıların elmi araşdırma mərkəzlərində yüz üsul müsibətlə başlarına oyun açılaraq onların meymun olduğunu sübut etmək üçün hər fırıldağa əl atmaq o dövrun dəbi idi.
Zamanla daha geniş Avropalı kütləsinə koloniyalarda yaşayanların adamlıqdan uzaq olduğunu isbat etmək üçün London, Paris, Barselona, Milan, Antverpen, Hamburq, Varşava kimi iri şəhərlərdə İnsan Zooparkları təşkil olunmağa başlanmışdır. Əsasən 1870-ci illərdən başlayaraq adı keçən şəhərlərdə silsilə şəkildə insanlığın uzaq diyarlarından gətirilən afrikalı, avstraliyalı, laplandiyalı (eskimoslar) “aşağı irq” lərini təntənəli və bahalı biletləri olan insan zooparklarında sərgilənməyi başlanır. Bu sərgilərdən birində adını bu məqaləmdə qeyd etmək istəmədiyim avropalı siyasi simalardan biri insan zooparkında olarkən bir tərəfdə zənci gənci, digər tərəfdə meymunu gördükdə “bunların hansı adamdır görəsən” deməsi ətrafdakıların gülüşünə səbəb olması bu gün onların gənc nəsillərini çox utandırmaqda olduğuna əminəm. Tarixə düşmüş bu siyasi dahinin kim olduğunu bilmək istəyən oxucu, özü qısa araşdırma edsə söhbət kimdən getdiyini başa düşər…

Bu gün Avropanın bir sıra ölkələrinin arxivlərində və eləcə də həmin dövrün mətbu orqanlarının rəflərində insanlığın utanc siması olan “koloniya sərgiləri” başlıqı sənədlərdə (qəzet manşetləri də buna daxildir) il ərzində 800.000 rəqəminin üzərində avropalıların bu “sərgilərdə” tamaşaçı qismində iştirak etdiyi qeyd olunmaqdadır. Baxmayaraq ki, XX əsr Avropada humanizm prinsipləri daha qabarıq surətdə təbliğ olunurdu, lakin adını qeyd etdiyimiz aşağılama kampaniyası 1930-cu illərin ortasına kimi davam etmişdir. Fransız və alman araşdırmacılar buna səbəb məhz 1929-cu ildə başlayan dünya iqtisadi böhranı olmuşdur.Belə ki, çox bahalı olan biletlərin alınmasında insanlar artıq çətinlik çəkməyə başlamış və nəticədə 1935-ci ildə Fransada artıq koloniya sərgiləri adlandırdıqları bu imperiyalist göstəri sonlanmışdır. Almaniya və digər iri şəhərlərdə isə qışın sərt keçməsi uzaq isti diyarlardan güclə gətirilmiş afrikalıların kütləvi ölməsinə səbəb olmuşdur. Bəzi, yerli aktivistlərin də basqısı sonucu və daha sonra isə məlum İkinci dünya müharibəsi illəri (1939-1945) avropalıların bu lüks dəbinin qarşısını almışdır.

Maraqlısi budur ki, şovinist xarakterli “insanlıq zooparkı” ən son 1956-cı ildə Belçikada təşkil olunmuşdur…

Əfsuslar olsun ki, ümumilikdə hər bir vicdanlı dünyalının utanc mənbəyi sayılan və yüz illiklər davam edən “insan zooparklarında” adəmçilik prinsipliyinin tapdalanan qüruru haqqında az məlumatlıdır. Mən də bu haqqda çox yazaraq oxucuları üzmək istəməzdim…Amma bu gün hər birimiz qlobal media savaşında bizim nəcibliyimizə, humanistpərvərliyimizə atılan qondarma ittihamların qarşısında – aşkar, sübutlu, arxivli,qanlı, qandallı onların-öz-həqiqətdən də bixəbər qalmağımız düzgün olmaz. Şərq dünyasını qırmızı qələmlə qaralamaq düzgün deyil…Bəşəriyyət tarixində azanı ilk oxumağa nəsib olan insanın məhz şərqli bir Mübarək tərəfindən qara dərili Bilal Həbəşiyə həvalə olunduğunu unutmayaq. Bu özlüyündə dünya durduqca dərin bər qardaşlıq, adəmiyyət fəlsəfəsidir. Dünya xalqları bir-biri ilə kim ən güclüdür, kimin mədəniyyəti daha pakdır mübarizəsinə qalxsalar o zaman planetimiz də məhv olar. İnsanlıq keçmişindəki utanç səhifələrindən də dərs alaraq gələcək nəsillərə yalnız sülhpərvərliyi təbliğ etməlidir. Böyük Azərbaycan tarixinin hər səhifəsində bu torpaqlarda yaşayan hər insanın özümüzdən olduğunu görməkdəyik. Elə səhifəmiz yoxdur ki, orada ayrımcılıq və ya kiminsə soyadı kiçik hərflərlə qeyd edilsin…

Biz bütün ölkələr eləcə də onların xalqları ilə daim dost və qardaşlıq prinsipləri ilə əlaqlələr qururuq. Bəzən, Vətənimizin dünya xəritəsindəki yerini bilməyən uzaq okeaniya şəhərlərində yaşayan jurnalistlərə səslənmək istəyirəm: Bizim ölkəmizdə 1965-ci ilə kimi rəng zəminində – “ağ adamlarla eyni avtobusa oturmaq qadağası ,ağ adamla qara dərili insan eyni məktəbə təhsil ala bilməz yasası, ilk dəfə afrika simalı gəncin universitetə polis və ordu mənsublarının qoruması altında gedməsi halları, qara dərili olduqları üçün evlərinin yandırılması cinayətləri, qara dərilisənsə bu restoranlara və bu çimərliklərə girməyin qadağandır” və s.qanunları əsla olmayıb. Və bu gün uzaq əcnəbi şəhərlərdə məscidlərin pəncərələri sındırılarkən, Azərbaycanda kilisələr və sinaqoqların içində yüzlərlə vətəndaşımız bir olan Tanrımıza sizin kimilərə hidayət verməsi üçün dua etməkdədirlər.
Son olaraq xüsusi ilə yazmaq istərdim ki, bu gün “dünya xəritəsi” bir çox ölkələrdə fərqli nəşr edilir. Hər ölkə özünü dünyanın mərkəzinə yerləşdirmək üçün min cür rəngli çaplar etməkdədir. Keçmişdə dünya xəritəsinin bugünkü variantı dəfələrlə böyük güclər tərəfindən dəyişdirilmişdir. Ən son olaraq Orta Çağlarda Avropalı vatikancılar və pravoslav kilisəsinin baş bilənləri – Avropanı, Şimali Amerikanı, Rusiyanı dünya xəritəsinin yuxarı hissəsində saxlamışdır. Afrika, Cənubi Amerika (yerli əhalinin sıx məskunlaşdığı) , Yaxın Şərq və Avstraliyanı (aborogenlər) isə aşağı hissədə saxlamışlar. Beləcə illər keçdikcə mövzumuzun əvvəlində yazdığımız kimi “koloniya zooparkları” ideyalarını hələ də xəyal edən zehniyyətin yaşamasını görməkdəyik. Müasir bildiyimiz bu xəritələrdə ağ insanlar yuxarı sinif, qara dərili,tünd simalılar isə aşağı sinif kimi psixalogiyalara hələ məktəb illərindən yeridilməkdədir.

Nəzərə alsaq ki, planetimiz dairəvidir, o zaman hər kəs öz divarındakı xəritəyə diqqətlə nəzər etsin…



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır