Yazı İçi 468×60

dil “Mirzə Ələkbər Sabir Fondu” Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsinin yekun təqdimatını keçirib.

Tədbiri giriş sözü ilə Fondun prezidenti Sevda Tahirli açıb. O, qeyd edib ki, Fond artıq üç ildir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsini icra edir. 2015-ci ilin aprel ayından etibarən layihənin hazırkı – III mərhələsi Azərbaycan ədəbi dilinin radio və televiziya verilişlərində tətbiqi zamanı yol verilən qüsurlara və onların aradan qaldırılması yollarına həsr edilib. Monitorinq üç televiziya və radio kanalında aparılıb .

Sevda Tahirli vurğulayıb ki, monitorinq zamanı televiziya və radio kanallarında aparıcıların dil lüğətinin tərkibində səslərin kəmiyyət baxımından düzgün tələffüz olunmaması, leksik və üslubi səviyyədə normadan sapmalar, mənaya uyğun olmayan sözlərdən istifadə, qeyri-etik sözlərin işlənməsi, anlaşılmayan cümlələr, məntiqi səhvlərə yol vermələr, fonetik səviyyədə normadan sapmalar – samitlərin və saitlərin yanlış tələffüzü və s. kimi nöqsanlar müşahidə edilib.

Mövzu ətrafında İctimai Televiziyanın efirində “Müzakirə vaxtı” verilişində gənclərin, jurnalistlərin, QHT rəhbərləri və təmsilçilərinin, müxtəlif peşə sahiblərinin də qatıldığı “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsi çərçivəsində geniş müzakirə keçirilib, aparılan monitorinqin nəticələrinin əks olunduğu buklet nəşr olunub.

Tədbirdə BDU-nun professorları N. Əhmədli, A. Bayramoğlu, televiziya və radionun təcrübəli diktorları Ofeliya Sənani, Həqiqət Cabbarlı, eləcə də gənc aparıcılar Vüsalə Səid, Sevinc Muradova , peşəkar jurnalist Sevda Mikayılqızı, müxtəlif peşə sahibləri, tələbə gənclər iştirak edib. Mövzu ətrafında müzakirələrdə iştirakçılar tərəfindən maraqlı təkliflər səsləndirilib. (qhtxeber.az)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."