Ədliyyə naziri və millət vəkilləri arasında dava – Video

Müəllif: Redaktor

Editor

komisyonda-tartisma-chp-li-vekiller-adalet-8533166_x_1958_300Yenicag.az xəbər verir ki, Türkiyədə Yargıtay və Danıştayın quruluşunda dəyişiklik etmək məqsədi ilə nəzərdə tutulan layihənin danışıqları gərgin başlayıb. Belə ki, Ədliyyə naziri ilə CHP li millət vəkilləri arasında mübahisə yaranıb.

Ədliyyə Komissiyasında başlayan danışıqlara qatılan CHPlilər, Ankarada gecə küçələrə atılan və bəzi səmtlərdə poçt qutularına qoyulan broşüraları gündəmə gətiriblər. İki səhifəlik broşürada, həbsxanadakı terror təşkilatı üzvlərini ziyarət edən millət vəkilləri olaraq adları yazılan CHPlilər, ədliyyə naziri Bəkir Bozdağdan açıqlama tələb ediblər.

Siyahının Ədliyyə Nazirliyi tərəfindən verildiyini iddia edən CHP millət vəkilləri, broşüradaki məlumatların doğru olmadığını vurğulayıblar. CHPlilər, ölüm təhdidləri aldıqlarını ifadə edərək Bozdağa qarşı çıxıblar.

“Mən heç bir şeyi gizlətmirəm. Həqiqətdə olanı söyləyirəm”, deyən Bəkir Bozdağ, mübahisəni onun başlatmadığını söyləməklə kifayətlənib.

Videonu aşağıdakı linkdən izləyə bilərsiniz

Watch video!


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır