www.sinerjipro.net

SinerjiProWide
Reklam

big_1478242813_edu“Educators.Pro” layihəsinin əsas məqsədi öz sahəsində öndə gedən xarici təlimçilərin canlı onlayn olaraq təlimlərini təşkil etməkdir.

İnterpress.az-a təlimçilərdən olan Fərhad Kərimovun verdiyi məlumata görə, layihənin ərsəyə gəlməsinin əsas məqsədi də budur ki, xarici təlimlərdə iştirak etmək istəyən şəxslərin xərclərini azaltmaq və bu istiqamətdə işlərini rahatlaşdırmaqdır. Nəzərinizə çatdırmaq istərdik ki, hal-hazırda bir neçə ölkədən olan təlimçilərin razılığı alınıb. Bu layihənin əsas üstünlüyü budur ki, burada təlimlərin onlayn olması ilə yanaşı həm də onların canlı olmasıdır. Yəni siz təlim müddətində təlimçilərə sual verib, cavab ala bilərsiniz. Eyni zamanda bu layihə çərçivəsində yerli təlimçilərin də sinif təlimləri təşkil olunacaq.

Qeyd etdiyimiz kimi bu layihə çərçivəsində həm də təlim mərkəzi fəaliyyət göstərəcək. Təlim mərkəzində tələbələrin hər biri kompüterlə təmin olunub. Maksimum dərəcədə çalışırıq ki, həm xarici, həm də yerli təlimçilər öz sahələrində kifayət qədər təcrübəli olsun və təlim etdikləri sahədə beynəlxalq sertifikatları olsun. Artıq bir neçə xarici və yerli təlimçilərimizi təqdim etmişik. Bu layihə çərçivəsində xarici təlimçilərimizin Azərbaycanda seminarlarını da təşkil etməyi də nəzərdə tutmuşuq. Bu istiqamətdə də bir neçə xarici təlimçinin artıq razılığı alınıb.

Çalışırıq ki, təlimlər bütün sahələri əhatə etsin. Hal-hazırda “Educators.Pro” layihəsinin yerli təlimçilər üçün nəzərdə tutulmuş təlim mərkəzi Azərbaycan Universitenin tərkibində fəaliyyət göstərir. Azərbaycan Universitenin tələbələrinə xüsusi endirimlər var. Eyni zamanda digər tələbələr üçün də bütün təlimlərdə endirimlər nəzərdə tutulub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."