www.sinerjipro.net

SinerjiProWide
Reklam
eflatunAvqustun 11-də futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyülən və aldığı xəsarətlərdən xəstəxanada vəfat edən jurnalist Rasim Əliyevin 3 mərasimi keçirilib. 
Mərasimdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin suallarını cavablandırıb.
Musavat.com xəbər verir ki, Ə.Amaşov hadisə baş verdikdən sonra müvafiq qurumlara müraciət etidklərini bildirdi. Hadisədən çox üzgün olduğunu deyən Ə.Amaşov Mətbuat Şurası olaraq, hadisəni sərt şəkildə pislədiklərini qeyd etdi.
O, hadisəni törədənlərin tezliklə cəzalandırılıması və hüquqi müstəvidə qiymət verilməsi ilə bağlı tələbin olduğunu bildirib: “Artıq prezident İlham Əliyev hadisəni nəzarətə götürüb. Prezident Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə tapşırıq verib. Hadisənin qısa zamanda araşdırılacağına və günahkarların cəzalandırılacağına inanıram”.
Jurnalistin dəfnində iştirak etməməsinə də münasibət bildirən Ə.Amaşov bunları dedi: “Rasim Əliyev vəfat edəndə mən Bakıda deyildim. Bakıya qayıtdıqdan sonra onun ailəsini ziyarət etdim və başsağlığı verdim. Sosial şəbəkələrin və saytların tənzimlənməsi heç bir ölkədə mümkün deyil. Sosial şəbəkələrdə yazılan fikirlərin tənzimlənməsi həmin şəbəkənin öz daxilində mümkündür. Dünyanın müxtəlif ölkələrində elektron KİV-lərin nümayəndələri toplaşırlar, özləri peşə davranış kodeksi müəyyən edirlər və fəaliyyət göstərirlər. Ancaq təəssüflər olsun ki, Azərbaycanda belə bir qurum yoxdur. Sosial şəbəkələrdə yazılan fikirlər bəzən yanlış anlaşılır. Bəziləri də başqasını zor tətbiq edərək, başa salmağa çalışır. Ancaq istənilən halda yazılan fikirlərə görə kiməsə zor tətbiq etmək olmaz”.
İnsanların dözüm limitinin eyni olmadığını deyən Ə.Amaşov sosial şəbəkələrdə yazılan tənqidlərə, fikirlərə hər kəsin eyni səviyyədə reaksiya vermədiyini bildirdi.
Öldürülən jurnalistin yazdığı statusla tanış olduğunu deyən Ə.Amaşov bildirdi ki, sosial şəbəkələrdə yazılan hansısa bir statusa görə kiməsə təzyiq edilməsi məqbul deyil: “Biz bunu qəti şəkildə pisləyirik”.
İlkin Muradov,
Musavat.com  

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."