Əflatun Amaşov kömək istəyir – “Reketliklə” məşğul olan 80 KİV var

Əflatun Amaşov kömək istəyir – “Reketliklə” məşğul olan 80 KİV var

Müəllif: Redaktor

Editor

eflatunamashov13Noyabrın 20-də keçirilən Mətbuat Şurası “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda “dəyirmi masa”nın müzakirəsində “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlünün çıxışı diqqət çəkib.

O, öz çıxışında Mətbuat Şurasını ittiham edib. Bildirib ki, MŞ reketlərin adını bilir və bilərəkdən onları mətbuata açıqlamaq istəmirlər. E.Şükürlü buna səbəb kimi bəzən həmin reketləri MŞ-ın himayə etdiyini bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov AzNews.az-a açıqlamasında bu ittihamlara konkret cavab verməyib.

Bildirib ki, ölkədə 80-ə yaxın etik normaları pozan KİV-in adı müəyyənləşib: “Noyabrın 20-də keçirilən tədbirdə kifayət qədər maraqlı diskusiya aparıldı. O siyahının açıqlanması məsələsinə gəldikdə isə söhbət onun açıqlanmasında getmir. Mətbuat Şurasının “qara siyahısı” var. Həmin siyahıda etik normaları pozan KİV-lərin həmin siyahıda adları göstərilib. Həmin siyahıda 80-nə yaxın etik normaları pozan KİV-lərin adı yer alıb”.

Qeyd edib ki, Mətbuat Şurası son olaylarla bağlı monitorinq aparacaq, nəticələrə uyğun məsələləri müzakirə edəcək: “Biz reket jurnalistikasına qarşı hamılıqla mübarizə apara bilərik. Bu təkcə Mətbuat Şurasının üzərinə düşən missiya deyil. Hər bir redaktor və jurnalistlər bu tendensiyaya qarşı mübarizə aparmalıdr. Hamını reketçiliyə qarşı mübarizəyə səsləyirəm. Fakt varsa, kimsə kimisə şantaj edib, onu qorxudub, pul tələb edirsə, bilərəkdən yoxlanılmamış informasiyanı cəmiyyətə çatdırırsa və öz səhifəsində bunu yerləşdirirsə, onun arxasında maddi maraq dayanırsa, bu məsələdə hüquq mühafizə orqanları öz səlahiyyətləri ilə Mətbuat Şurasına yardımçı olmalıdırlar”.

Media, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti