!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanıstan prezidenti Azərbaycana gələcək

!Reklam – Yazi

Əfqanıstan prezidenti Əşrəf Qəni və bu ölkənin xarici işlər naziri Səlahəddin Rəbbani Azərbaycana səfər edəcək.

“Report” diplomatik mənbələrə istinadən xəbər verir ki, səfərin bu ilin dördüncü rübündə baş tutacağı gözlənilir.

Dövlət başçısı və nazir Əfqanıstanda sülh və inkişafın təmin edilməsi məsələləri ilə məşğul olan “Asiyanın ürəyi – İstanbul prosesi ” çərçivəsində XİN başçılarının iclasında iştirak edəcəklər.

Səfərin dəqiq tarixi diplomatik kanallar vasitəsilə daha sonra müəyyən ediləcək.
Xatırladaq ki, martın 17-də Bakıda “Asiyanın ürəyi – İstanbul prosesi” prosesində iştirak edən ölkələrin yüksək səviyyəli rəsmilərinin iclası keçirilib. Azərbaycan tədbirə bu il prosesin həmsədri bir kimi ev sahibliyi edib.

Yeniçağ.az

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv