www.sinerjipro.net

SinerjiProWide
Reklam

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

Yeniçağ.az-ın xəbərinə görə, bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xalili bildirib.

Diplomatın sözlərinə görə, Əfqanıstan lideri xarici işlər naziri Səlahuddin Rəbbani ilə birgə “Asiyanın ürəyi – İstanbul prosesi” formatının nazirlər səviyyəsində görüşündə iştirak edəcək.

Səfir xatırladıb ki, artıq martın 17-də Bakıda “Asiyanın ürəyi – İstanbul prosesi” ölkələrinin yüksək vəzifəli rəsmilərinin iclası baş tutub:

“Görüş böyük ehtimalla ilin ikinci yarısında keçiriləcək. Tarix dəqiqləşdirilir”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."