www.sinerjipro.net

SinerjiProWide
Reklam

Son sutka ərzində Əfqanıstan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 43 silahlı məhv edilib, 8-i yaralanıb.

Yeniçağ.Az xəbər verir ki, bu barədə Əfqanıstan Daxili işlər nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, əməliyyat ölkənin beş əyalətində keçirilib. Məhv edilən silahlılardan 17-in İŞİD terror qruplaşmasın üzvləri olduğu bildirilir. Əməliyyat zamanı xeyli sayda silah-sursat da müsadirə olunub.

Əfqanıstan ordusunun itkiləri barədə məlumat verilmir.

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. Ölkənin şərq, cənub və şimal bölgələrində “Taliban” və İŞİD silahlılarının fəallığı daha da artıb. Bir çox əyalətlərdə “Taliban” hərəkatının səhra komandirləri və sıravi döyüşçüləri “sədaqət andı” içərək İŞİD-lə birləşir. (APA)

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."