Yazı İçi 468×60

muhammad-ali-punch_2856798kgdgdMəşhur amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də 74 yaşında dünyasını dəyişib.

Bu barədə NBC News məlumat yayıb.

O, Arizona ştatının Feniks şəhərinin xəstəxanalarından birində vəfat edib.

Qeyd edək ki, iyunun 3-də Məhəmməd Əlinin ölüm ayağında olduğu bildirilirdi. Həkimlər idmançının sağalacağını proqnozlaşdırmırdılar.

Boksçu xəstəxanaya iyunun 1-də, ağ ciyərləri ilə bağlı problemlə əlaqədar yerləşdirilmişdi. O, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Məhəmməd Əli dünyanın ən adlı-sanlı və tanınan idmançılarındandır. O,1960-cı ilin Olimpiya çempionu, ağır çəkidə mütləq dünya çempionu (1964-1966, 1974-1978), beşqat “İlin boksçusu”dur.

Karyerasında 61 döyüş keçirən Əli onlardan 56-da qalib gəlib (37 döyüşü nokautla başa vurub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 61
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."