Yazı İçi 468×60

nihat-kahveci-esinden-boTürkiyə millisinin və İspaniyanın “Real Sosyedad” klubunun əfsanəvi hücumçusu Nihat Qəhvəci və onunla eyni vaxtda klubun şərəfini qoruyan Darko Kovaçeviç, Migel Arteta, Valeri Karpin haqqında şok iddia irəli sürülüb.

2002-2003-cü il mövsümünün əfsanəvi komandasının üzvləri vergidən yayınmaqda ittiham olunurlar.

İspaniya mediasının yazdığına görə, klub adıçəkilən ulduz futbolçuların transfer şərtlərində qanuna zidd hərəkətlərə yol verib. Vergidən yayınmaq üçün az miqdarda transfer məbləği və illik məvacib göstərilib. Amma əslində klubun ən çox maaş alan futbolçuları da elə bunlar olub. Nəticədə həm klub rəhbərliyi, həm də futbolçuların özləri külli miqdarda vergidən yayınıblar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."