yenicag.az

Əfsanəvi futbolçu karyerasına son qoydu

Əfsanəvi futbolçu karyerasına son qoydu

Müəllif: Redaktor

Editor

Daha bir futbol ulduz karyerasını bitirmək qərarına gəlib.

İstiPress-in məlumatına görə, İngiltərə futbolunun əfsanəsi Frenk Lempard futboldan getdiyini açıqlayıb.

“Çelsi”dəki çıxışı ilə məşhurlaşan 39 yaşlı yarımmüdafiəçi instaqram səhifəsi vasitəsilə peşəkar karyerasını başa vurduğunu elan edib: “21 illik möhtəşəm ildən sonra getmək vaxtının gəldiyini düşünürəm. İngiltərə və başqa ölkələrdən yeni təkliflər almağıma baxmayaraq, həyatda yeni mərhələyə qədəm qoymağın zamanı olduğu qənaətinə gəldim”.

Qeyd edək ki, Frenk Lempardın son klubu ABŞ təmsilçisi “Nyu York Siti” olub.

Yenicag.az

Xəbərlər, İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti