!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfv siyahısında kimlərin adları olacaq? – Hüquq müdafiəçisi açıqladı

!Reklam – Yazi

imagesNovella Cəfəroğlu: “Bizim siyahıda 27 nəfərin adı var, hamısının da adını Əfv Komissiyasına təqdim etmişik”

Bir müddət öncə məhkəmənin qərarı ilə müəyyən müddətə həbs cəzası alan Arif və Leyla Yunusun həbsxanadan azad edilməsi cəmiyyətdə belə bir fikir formalaşdırıb ki, yaxın zamanlarda siyasi məhbus siyahısında olan digərləri də azadlığa çıxa bilərlər. Bunun nə dərəcədə real olduğunu öyrənmək üçün Yenicag.az olaraq Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğluna müraciət etdik.

Bizimlə söhbətdə, N. Cəfəroğlu tezliklə adları siyasi məhbus siyahısında olan digərlərinin də həbsxanadan azad ediləcəyinə ümid etdiyini bildirdi: “Arif və Leyla Yunuslarla bağlı verilən qərardan sonra digər siyasi məhbuslarla bağlı da anoloji addımların atıla biləcəyini, onların da bu yaxınlarda azadlığa çıxacağını gözləyirik. Bununla bağlı İşçi Qrupu adından məktub göndərmişik. Hazırda məsələ ilə bağlı Əfv Komissiyası işləyir. Ona görə də gözləyirik ki, yaxın zamanlarda digər siyasi və vicdan məhbusları ilə bağlı da azadlığa çıxma qərarı veriləcək. Düşünürəm ki, siyasi məhbus siyahısında olanların hamısı azadlığa çıxacaq. Bizim siyahıda 27 nəfərin adı var, hamısının da adını Əfv Komissiyasına təqdim etmişik. Verdiyimiz siyahıda olanların hamısının azadlığa çıxıb-çıxmayacağına gəldikdə, bu baxır Əfv Komissiyasının hansı addımlar atmasına”.

 

ELÇİN

www.yenicag.az

1193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv