!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əgər Saakaşviliyə təcridxanada bir şey olsa...” – Ukraynalı ekspert

!Reklam – Yazi

“Ukrayna hakimiyyəti kobud səhvə yol verib”.

Bu fikirləri Yenicag.ru-ya qısa müsahibəsində Mixail Saakaşvilinin həbsini dəyərləndirən ukraynalı ekspert Nikolay Spirodonov deyib.

– Saakaşvilinin həbsi ilə bağlı nə deyə bilərsiz?

– Ukrayna hakimiyyəti Mixail Saakaşvilini təqib etməklə, ciddi səhvə yol verir. İndi Mərkəzi telekanallar gecə-gündüz Saakaşvili haqqında danışırlar və onun nüfuzu ilə tərəfdarlarının sayı tədricən də olsa, artır. Hər halda, Saakaşvilinin ukraynalılar üçün yad olduğunu nəzərə almalıyıq.

Əgər Saakaşviliyə təcridxanada bir şey olsa, yaxud da tərəfdarlarının aksiyalarında kimsə öldürülsə, bu, Ukrayna hakimiyyəti üçün sonu bilinməyən hadisələrə yol açacaq.

– Sizcə, Saakaşvilini uzun müddət həbsdə saxlayaraq mühakimə edə biləcəklər?

– Hər şey qərb mediası ilə ABŞ və Avropa siyasətçilərinin Saakaşvilinin həbsinə münasibətindən asılı olacaq. Əgər Qərb siyasətçiləri Saakaşvili ilə həmrəylik nümayiş etdirsələr, o zaman Pyotr Poroşenkonun vəziyyəti mürəkkəbləşəcək.

Böyük ehtimalla, Saakaşvilini bu gün azadlığa buraxacaqlar. Bütün hallarda bu həbs Saakaşviliyə “ciddi qurban” obrazı qazandıracaq və onun istər yerli, istərsə də xarici müdia ilə təmasını gücləndirəcək.

– Ukraynada siyasi vəziyyətin gərginləşməsi daxili, yoxsa xarici qüvvələrin marağındadır?

– Yəqin ki, “Saakaşvili işi”nin kəskinləşməsi Ukrayna hakimiyyətinin xalqın diqqətini antisosial yönümlü büdcənin qəbul edilməsindən yayındırmaq cəhdidir. Maraqlıdır ki, bu məqsədə nail olunub. Çünki ekspertlərin əksəriyyəti büdcəni unudaraq, Saakaşvilinin həbsindən danışırlar. Etiraf edilməlidir ki, bu, çox təhlükəli cəhddir və vəziyyət nəzarərtdən çıxara bilər.

www.yenicag.az

2300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv